Məhkəmə qərarları › İş №3(027)-2497/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2497/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2497/2023 18.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 18387618 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 18387618 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində Lifan markalı ** BN *** Dövlət nömrə nişanlı avtomaşın vardır. 05 dekabr 2023-cu il tarixdə o, mülkiyyətində olan Lifan markalı avtomaşında Quba şəhərində, Qəçrəş kəndi istiqamətində hərəkət edərkən Quba rayon Polis Şöbəsinin əməkdaşlarının idarə etdiyi Post Patrul Xidməti maşını ilə avtomaşınına tərəf gələrək onun hərəkət zolağına çıxmış və o, məcburiyyət qarşısında qalıb manevr edib əks istiqamət hərəkət zolağına çıxmaqla manevr etmişdir. Bu hadisəni Polis əməkdaşları qeydə alıb. Ona AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 80 manat və 3 bal cərimə olunmağı barədə qərar statuslu protokol tərtib edilməsi barədə mesaj gəlmişdir. O, qeyd edilən protokol ilə razılaşmır. Onun şikayətinə əlavə etdiyi hadisə yerinin mexanizmi barədə olan fotoşəkillərdən aşkar olur ki, o Quba rayon X6 Patrul Xidməti avtomaşının onun hərəkət zolağına çıxmış və o, məcburiyyət qarşısında qalaraq manevr edərək düz xəttə çıxmış və inzibati xəta törətməyi daha ağır bir yol nəqliyyat hadisəsinin qarşısını almış, məhz bu səbəbdən inzibati xəta törətmiş və məhz bu səbəbdən bu hərəkəti inzibati xəta kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında X3 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18387618 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 18387618 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18387618 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə riayət etməyərək, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edimiş xx.xx.2023-cü il tarixli, EQ 18387618 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18387618 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar