Məhkəmə qərarları › İş №3(027)-2499/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2499/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2499/2023 01.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, fərdi qaydada işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1ində qardaşı Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirərək döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, ünvan 1 sakini X1 DİN-in “102” xidmətinə müraciət edərək, Ramil adlı şəxsin onun ərini və övladını ağac parçası ilə döyməsi barədə məlumat vermişdir və həmin şəxsi cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs qardaşı Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirərək döymüşdür. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1ində qardaşı Nail onu söyüb təhqir etmiş və arvadı Səhəri vuraraq ona xəsarət yetirmişdir. O, da əsəbləşərək Nailə vurmuşdur. Sonra Nailin hara getdiyini xatırlamır. Hadisə zamanı orada arvadı Səhər, oğlu Fərid, Nail və Nailin oğlu olmuşlar. Hadisə zamanı sol əlinin 2-ci barmağından xəsarət almışdır. Hazırda zərərçəkmişlə barışdığını və barəsində tərtib olunmuş inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Quba rayonu Qəçrəş kəndində 15 sot həyətyanı torpağı vardır və 13 iyul 2023-cü il tarixdə, saat 18 radələrində həmin torpağı satmaq üçün müştəri apardıqda qardaşı ilə aralarında ədavət olduğu üçün mübahisələri düşmüşdür. Qardaşı yolu bağladığı üçün geri qayıtmış, daha sonra saat 20 radələrində qardaşı Ramili çağırıb yolu bağlamasının səbəbini soruşmuşdur. Qardaşı onu söyüb təhqir etmiş, ona əl-qol ataraq onu boğmağa başlamışdır. Hadisə zamanı orada Ramil, Ramilin oğlu Fərid, Ramilin arvadı və onun oğlu Elşən olmuşlar. Ərizə təqdim edərək barışdıqlarını bildirmiş və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 avqust 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar