Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-25/2024 09.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X2 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət verərək, barəsində olan Quba rayon Polis Şöbəsinin 04 dekabr 2023-cü il tarixli, EPQ № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət X3 geri qaytarılmalıdır. Belə ki, X1 rayon Polis Şöbəsinin 04 dekabr 2023-cü il tarixli, EPQ № ******* saylı Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə 50 manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətinin ona rəsmi qaydada nə vaxt verildiyini qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd edilən halın işə baxılarkən tamamlanması mümkün olmadığından, şikayət X3 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət və ona əlavə olunmuş sənədlər X3 qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-25/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-25/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver