Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-2512/2023 05.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakimi Babayev Aydın Vahid oğlu, X2 Quba rayon Polis Şöbəsinin 30 noyabr 2023-cü il tarixli EQ 18316907 nömrəli qərar statuslu protokolundan şikayətini nəzərdən keçirib, müəyyən etdim: İş materiallarından görünür ki, X1 rayon Polis Şöbəsinin 30 noyabr 2023-cü il tarixli EQ 18316907 nömrəli 300 manat cərimə olunması barədə qərar statuslu protokolu ləğv edib barəsində olan işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət və əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətçi tərəfindən qeyd olunan protokolun ləğv edilməsi xahiş edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ vardır, Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Habellə protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunsa da, qərar barədə məlumatlar qeyd edilməmiş və şikayətə həmin qərarın surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X2 Quba rayon Polis Şöbəsinin 30 noyabr 2023-cü il tarixli EQ 18316907 nömrəli qərar statuslu protokolundan şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2512/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-2512/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver