Məhkəmə qərarları › İş №3(027)-2519/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2519/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2519/2023 07.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)-580/2013 saylı və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-409/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerini yetirməmiş və həmin icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İnzibati xəta haqqında 07 dekabr 2023-cü il tarixli, MN ******* №li protokol tərtib edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)-580/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 293 manat sabit pul məbləğində aliment pulu tələbkar X1 xeyrinə tutulmalıdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-409/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment pulu tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Qeyd olunan icra vərəqələri şöbənin icraatına xx.xx.2013-cü il və xx.xx.2023cü il taruxlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Məlumat üçün bildirmişdir ki, borclu Şəxs bu günə qədər tələbkar X1 və tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir aliment pulu ödəməmişdir. Halhazırda Quba rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)-580/2013 saylı icra vərəqəsi üzrə qalıq borc 9951 manat, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-409/2023 saylı icra vərəqəsinə əsasən qalıq borc 2040 manat təşkil edir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba və Xaçmaz Rayon Məhkəmələrinin icra sənədlərini icra etməkdən boyun qaçırmamış, maddi imkanı olmadığı və iş yerinin olmaması üçün aliment borcunu ödəyə bilməmişdir. Yaxın günlərdə Quba rayon Məhkəməsinin icra sənədinə əsasən yaranmış aliment borcuna görə tələbkara mülkiyyətində olan torpaq sahəsi verəcəyi barədə razılığa gəlmişdir. Xaçmaz rayon Məhkəməsinin verdiyi icra sənədinə əsasən isə aliment borcundan müəyyən qədər ödənişlər edəcəyini və bunu qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, Şəxs 10 ildən artıq müddətdir ki, birgə nikahlarından doğulan uşaqların yetkinlik yaşına çatanədək saxlanılması üçün təyin olunmuş alimenti ödəmir. Hər dəfə aliment borcunu ödəməsi üçün müraciət etdikdə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Oğlunun gözündə probləmlər olduğu üçün müalicəyə ehtiyyacı vardır və israrla aliment borcunu tələb edir. Aliment borcunu ödəmədiyi təqdirdə qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)-580/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 293 manat sabit pul məbləğində aliment pulu tələbkar X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 409/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment pulu tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 38313/13-06 №-li arayışından görünür ki, Şəxs Quba rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(027)-580/2013 saylı icra vərəqəsi üzrə qalıq borc 9951 manat, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-409/2023 saylı icra vərəqəsinə əsasən qalıq borc 2040 manat təşkil edir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, baxmayaraq o, icra sənədini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli hazırkı qərarın elan olunduğu xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 07 dekabr 2023-cü il tarixdən, saat 12:05-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar