Məhkəmə qərarları › İş №3(027)-252/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-252/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-252/2025 02.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs barəsində inzibati protokollar tərtib edilmişdir ona görə ki, inizbati xətalar haqqında iş üzrə qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokollara tərtib edilmişdir. Qeyd olunan materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-i tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529..3-cü maddəsi ilə daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-248/2025, 3(027)-249/2025, 3(027)-250/2025, 3(027)-251/2025, 3(027)-252/2025, 3(027)-253/2025, 3(027)-254/2025, 3(027)-255/2025, 3(027)-256/2025, 3(027)-257/2025 nömrəli inzibati işlər bir icraatda 3(027)-249/2025 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar