Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2538/2023 08.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Quba-Qonaqkənd yolunun Amsar kəndi ərazisində yerləşən “Mandarin” marketə daxil olub və üzərində “etibarszdır” yazısı olan bir ədəd 100 manatlıq əskinazı təqdim edərək dələduzluq edib. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Quba-Qonaqkənd yolunun Amsar kəndi ərazisində yerləşən “Mandarin” marketə daxil olub və üzərində “etibarszdır” yazısı oduğunu bilə-bilə bir ədəd 100 manatlıq əskinazı təqdim edərək dələduzluq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, böyrəklərinin biri olmadığından səhhəti ilə bağlı ona İİ dərəcəli əlillik təyin edilmişdir. 18 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Quba-Qonaqkənd yolunun birinci kilometrliyində yerləşən “Mandarin” marketə siqaret almaq üçün daxil olmuş və kassada növbə gözlədikdən kassadakı şəxsə 100 manatlıq əskinas uzadıb pulu xırdalamağını istəmişdir. Həmin şəxs 100 manat pulu götürüb beş ədəd 20 manatlıq əskinaslarla pulu xırdalayıb ona vermişdir. O da 20 manat verərək dörd qutu siqaret alıb mağazadan uzaqlaşmışdır. O mağazaya saxta pul verməmişdir. Sonradan 29 oktyabr 2023-cü il tarixdə yenidən mağazaya yaxınlaşıb ərzaq almaq istəyən zaman mağazanı işlədən adamlar ona yaxınlaşıb 18 oktyabr 2023-cü il tarixdə onun həmin mağazaya saxta 100 manat verib xırdalatdırdığını bildirmişlər. O qəti imtina etmiş, mağazanın kamerasında 18 oktyabrda olan görünütünü təqdim edərək verdiyi 100 manatlıq əskinasın saxta olduğunu yenidən bildirmişlər. O da həmin oğlana həmin günü başqa insanlardan da pul götürdüyünü, ola bilsin ki, həmin saxta pulu başqasının verdiyini demişdir. Həmin oğlan da israr edərək onun saxta pul verdiyini, polisə şikayət etmədən öz aralarında məsələni həll etməyi təklif eləmişdir. O da yenidən saxta pulu ona vermədiyini bildirmişdir. Elə bu zaman polis əməkdaşı onların yanına daxil olmuş və onları rayon polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gəldikdən sonra saxta olduğu deyilən 100 manatlıqa baxdıqda həmin pulun üzərində “etibarsızdır” yazısının olduğunu görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, rəsmi olaraq işləməsə də atasına məxsus Quba-Qonaqkənd yolunun birinci kilometrliyində yerləşən “Mandarin” marketdə arasıra atasına köməklik edir. 18 oktyabr 2023-cü il tarixdə səhər saatlarında atasına məxsus marketə gedib atasının işlərinə köməklik etmiş və səhər vaxtı kassanın yanında olan tanımadığı şəxs bir ədəd 100 manatlıq pul uzadaraq həmin pulu xırdalamasını istəmişdir. O 100 manatı götürüb beş ədəd 20 manatlıq əskinaslarla pulu xırdalayıb 20 manatlıqları həmin şəxsə vermişdir. Həmin adamnan aldığı 100 manatlıq pulu cibində olan pulların ən aşağısına qoyub, pulları da cibinə qoymuşdur. Bir neçə dəqiqə keçdikdən sonra idmana getməli olduğundan cibindəki 100-lükləri atasına verib xırda pulları da götürüb mağazadan çıxmışdır. Mağazadan çıxan kimi atası arxası ilə səslənmiş və 100 manatlıqlardan birinin saxta olduğunu, üzərində “etibarsız” sözünün yazıldığını bildirmişdir. O da həmin pulu bir qədər öncə tanımadığı adamdan aldığını bildirmişdir. Daha sonra mağazanın təhlükəsizlik kameralarına baxdıqda həmin şəxsin ona 100 manatlığı uzatdığını, onun verdiyi xırda pulları aldıqdan sonra şübhəli şəkildə kənara boylanmasını, sonradan isə onun verdiyi xırda pullarla özünə siqaret aldığını görmüşdür. Bir neçə gün həmin şəxsi axtarsa da, kim olmasını tapa bilməmişdir. 29 oktyabr 2023-cü il tarixdə yenidən mağazaya yaxınlaşan zaman həmin saxta pul verən şəxsi yenidən mağazanın qarşısında görmüş və mağazada olan dayısı və atasına bu barədə bildirmişdir. Dərhal yenidən təhlükəsizlik kameralarına baxmış və həmin şəxsin doğurdan da saxta pul verən adam olmasını dəqiqləşdirmişdir. Bundan sonra isə hadisə barədə polis şöbəsinə məlumat vermişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 noyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DVD-ə baxış keçirilərkən bir nəfər şəxsin mağazaya daxil olduğu, həmin şəxsin kassanın qarşısında dayandığı və əlavə pulları olmasına baxmayaraq kassirə pul uzatdığı aşkar edilmişdir. Həmçinin təqdim edilmiş “100 manat”lıq əskinasdan da görünür ki, əskinasın hər iki üzündə “ETİBARSİZDİR” yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, Şəxs dələduzluq yolu ilə özgə əmlakını talamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Törətdiyi əməl düzgün olaraq qeyd edilən maddə ilə tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, Şəxs 2-ci qrup əlilikə bağlı pensiyaçıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinin tələbləri nəzərə alınaraq, 28.4.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə İctimai işlər tətbiq oluna bilməz. Qeyd edilən Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31-4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati tənbeh töröətməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları və təqsirinin dərəcəsini, İXM-nin 34-1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İXM-nin 34-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2538/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2538/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver