Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-255/2022 15.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Quba rayonu, Yol patrul xidməti baş inspektoru polis leytenantı X3 tərəfindən Şəxs barəsində 15.03.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3, 327.2, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanada Quba RPŞ-nin, İTB-nin sahə rəisi polis mayoru, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında 15.03.2022-ci il tarixli, MN № 1327382- 525 saylı protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.2, 332.2 və 511.1.3 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair 15.03.2022-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-255/2022 №li və 3(027)-256/2022 №li iş bir icraatda 3(027)- 256/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 327.2, 332.2 və 511.1.3 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair ilə 15.03.2022-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 3(027)- 255/2022 №li və 3(027)-256/2022 №li iş bir icraatda 3(027)-256/2022 nömrə ilə birləşdirilsin. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-255/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-255/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver