Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2551/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı X12 Mərkəzinin baş mütəxəsis-hüquqşünası X1 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinin şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba Regional Ərazi Şöbəsinin inzibati tənbeh vermə haqqına 01 dekabr 2023-cü il tarixli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X15 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3 rəisi T.Nəzərovun AR İXM-nin 192.4-cü maddəsi ilə 700 (yeddi yüz) manat inzibati cərimə tənbehi haqda 01 dekabr 2023-cü il tarixli MN №li ******* saylı qərarın ləğv edib barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əslandırmışdır ki, X17 Xidmətinin X3 21 iyul 2023-cü il tarixli qərarı AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 manat məbləğində cərimə edilmişdir. O, qeyd olunan qərarla razılaşmır. Qərar qanunsuz və ədalətsiz olmaqla, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməsi barədə Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə onun şikayət ərizəsinə baxaraq Azərbaycan Respublikası ƏƏSMN-nin X17 Xidmətinin X3 rəisi T.Nəzərov tərəfindən qəbul edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı qanunsuz hesab edərək, ləğv edilmişdir. T.Nəzərov Quba Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş və Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-1827/2023 saylı qərarını Apellyasiya Məhkəməsi münasibətdə dəyişdirmədən qüvvədə saxlamışdır. Bundan sonra Azərbaycan Respublikası ƏƏSMN-nin X17 Xidmətinin X3 rəisi T.Nəzərov xx.xx.2023-cü il tarixdə yenidən həmin iş üzrə qərar qəbul edərək güya X5 işdən azad olunduqdan sonra çatacaq olan son haqq-hesabın gecikdirilməsini irad tutaraq onu 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd etdiyi faktlar, istinad etdiyi hüquq normalarına əsasən hesab edir ki, onun barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qərəzli, qanun pozuntusu ilə qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməli, barəsində olan inzibati işinə icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X6 nümayəndəsi X4 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. İş üzrə barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3 rəisi T.Nəzərov məhkəməyə etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, vətəndaş X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X12 Mərkəzi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə ünvanladığı müraciətə DƏMX-nin Quba-Xaçmaz regional şöbəsində (bundan sonra şöbə) baxılarkən 5 saylı X12 Mərkəzinin (bundan sonra mərkəz) direktoru X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və bu Protokola uyğun olaraq şöbə tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Bununla bağlı Mərkəzin direktoru E.F.Baxışov tərəfindən məhkəməyə verilmiş şikayətə əsasən Azərbaycan Respublikası Quba Rayon Məhkəməsinin 3(027)-1827/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına əsasən şöbə tərəfindən tətbiq edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı (E.F.Baxışov Qərarın qəbul ediləcəyi yer və vaxtdan xəbərsiz olması əsas gətirilmişdir.) ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə göndərilmişdir. Həmin Qərardan tərəfimizdən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Quba Rayon Məhkəməsinin 3(027)-1827/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarını qüvvədə saxlamışdır. Bununla əlaqədar Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş 3(027)-1827/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə qanun qüvvəsini aldığından icra olunması üçün DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə göndərilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X15 həmin qərardan Quba Rayon Məhkəməsinə şikayət vermiş və şikayət üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə saat 16.45-ə təyin edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 5 saylı X12 Mərkəzinin direktoru X6 xx.xx.2023-cü il tarixli 037/k nömrəli əmrinə əsasən X10 k bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin son haqq-hesab X7 bank hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. Bununla da işəgötürər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, adı çəkilən Məcəllənin; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi işçi işdən çıxarkən ona düşən bütün ödənclərin (son haqq-hesabın) tam məbləğdə işdən çıxdığı gün verilməli olması qanunvericilikdə imperativ norma kimi göstərilmişdir. Bundan başqa, inzibati xəta haqqında işə baxılması barədə X9 lazımi qaydada məlumat verilmiş və qərarın surəti sonuncuya rəsmi qaydada çatdırılmışdır. Belə ki, 3-17-5/2-B-46849/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X3 10 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 01 dekabr 2023-cü il tarixə saat 11:00a təyin edilmiş və www.azems.az saytından çıxarışa əsasən həmin bildiriş 25 noyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə (SS005490385AZ) X9 çatdırılmışdır. www.azems.az saytından çıxarışa əsasən inzibati tənbeh vermə haqqında 01 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərar 05 dekabr 2023-cü il tarixdə poçt vasitəsi ilə (SS874787290AZ) X9 çatdırılmışdır. Göründüyü kimi, inzibati xəta haqqında işə baxılması barədə bildiriş və inzibati tənbeh vermə haqqında qərar rəsmi şəkildə X9 çatdırılmışdır. İşin hallarından göründüyü kimi X6 barəsində inzibati tənbeh verilərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Yuxarıda göstərilən xüsusatlara əsasən hesab edir ki, X6 barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba-Xaçmaz regional ərazi şöbəsinin şöbəsinin nümayəndəsi X18 şikayəti qəbul etməyərək, bildirdi ki, şikayət əsassızdır, müəssisənin səhvinə görə əmək haqqı vaxtında ödənilməmiş, işçi işdən azad olunan vaxtı müəssisənin hesabında əmək haqqının ödənilməsi üçün vəsait olmuşdur. Sənədlər vaxtında maliyyyə orqanına təqdim olunmamış, işçi işdən çıxdığı gün son haqq-hesabı ödənilməlidir. İşə götürən istəsəydi əmək haqqını qanunla müəyyən olunan vaxtda ödəyə bilərdi. Ona görə də şikayəti əsassız hesab edir, şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-1827 saylı,xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X15 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba-Xaçmaz regional şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 barəsindəki Quba Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 3(027)-1827/2023 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Əmək Müfəttişliyi Xidmətinin X3 rəisi X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 700 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar cərimə edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin ədalətlik prinsipi ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeyd hissəsinə bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmamsı nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə haqqının ödənilməsi başa düşülməlidir. İş materiallarından da görünür ki, işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixdə, yəni Ramin Zeynalovla əmək müqaviləsinə xitam verildiyi gün onun əmək haqqı bank hesabına 138,08 manat məbləğində pul köçürülmüşdür ki, buda X15 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibinin yaranmaması üçün müəyyən addımlar atılmışdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 rəisi X11 tərəfindən X15 barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 01 dekabr 2023-cü il tarixli qərar ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X15 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Quba–X14 rəisi X11 tərəfindən qəbul edilmiş MN ******* saylı, 01 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-2551/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2551/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver