Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-256/2024 13.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs Çərkəz qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: 54EAP0Y, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 03 yanvar 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi ev 25 ünvanında əli ilə vuraraq həyat yoldaşı Zərərçəkmiş şəxs Çərkəz qızına xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Quba şəhəri, Fətəlixan küçəsi ev 25 ünvanında yaşayan Zərərçəkmiş şəxs Çərkəz qızı 03 yanvar 2024-cü il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə, saat 19:00 radələrində yaşadığı evdə əri Şəxs onu bıçaqla hədələdiyini və əli ilə onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 03 yanvar 2024-cü il tarixdə saat 19 radələrində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs Çərkəz qızını döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 10-12 ildir ki, Zərərçəkmiş şəxs ilə evlidir. 3 övladı vardır. O, Fatiməyə zəng edib yerini soruşduqda o, yerini ona bildirmədiyi üçün aralarında mübahisə düşür. Sonuncu dəfə 03 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində o, Fatiməyə gec gəldiyinə görə irad bildirdikdə, Fatimə onu təhqir etmiş, bu zaman o, Fatiməni əli ilə vurmuşdur. Daha sonra Fatimə DİN “102” xidmətinə məlumat vermişdir. O, Fatiməni bıçaqla hədələməmişdir. Əlində bıçaq olmamışdır. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Çərkəz qızı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə evdə əri Şəxs tərəfindən döyülmüşdür. O, evə gec gəldiyi üçün ona irad bildirdikdə əli ilə onun üzündən vurmağa başlamışdır. O, Rəvanı vurmamış, ətrafda başqa şəxs olmamışdır. Mübahisə 5 dəqiqə davam etmişdir. Ərizə təqdim edərək barışdıqları üçün Rəvandan şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 yanvar 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 12 nömrəli, 03 yanvar 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Çərkəz qızının bədəni üzərində aşkar olunan xəsarətlər-boynunda solda və sağ biləyin arxa səthində sıyrıq, sol bazunun orta 1/3 nin iç səthində qançır küt əşyanın təsirindən törənməklə yeitirilmə müddəti qərarda göstərilən tarixə, yəni 03 yanvar 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-256/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-256/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver