Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2565/2023 25.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba RPŞ-nin DYPB-nin polis kapitanı X3, Şikayət verən X2 iştirakı ilə X5 barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində, “Piryora” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı qara rəngli avto nəqliyyat vasitəsilə, Quba rayonunun Nügədi kəndindən Quba şəhəri istiqamətinə, baş yolda hərəkətdə olarkən, yolun qarşı sağ tərəfində hərəkətdə olan ağ rəngli “Toyoto Prado” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomaşınla, həmin maşının yolun orta xətti istiqaməti ilə hərəkət etməsi səbəbindən toqquşaraq, yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində, onun idarə etdiyi avtomaşınla, qarşı tərəfdə, yolun sağ hissəsindən hərəkətdə olan ağ rəngli “Toyoto Prado” markalı maşının sol hissəsinə ziyan dəymişdir. Bununla belə baş vermiş yol nəqliyyat hadisəsi zamanı, hər iki maşının sürücüsünə xəsarət dəyməmişdir. Verlmiş məlumat əsasında, hadisə yerinə X11 bölməsininı əməkdaşı gələrək, baş vermiş yol nəqliyyat hadisəsində, yolun aşağı hissəsində hərəkətdə olan ağ rəngli “Toyoto Prado” markalı avtomaşının sürücüsünün, "Stop" nişanının tələblərini kobud şəkildə pozaraq, yuxarı istiqamətindən gələn onun idarə etdiyi maşına yol verməli olması barədə ona bildirmişdir. Hadisədən sonra hər iki sürücü Quba rayon polis şöbəsinin DYPB-ə dəvət edilsə də, hadisə yerində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar, heç bir rəsmiləşdirmə aparılmamışdır. Yalnız yol nəqliyyat hadisəsindən 3 (üç) gün sonra, yəni 27 noyabr 2023-cü il tarixdə Quba RPŞ-nin DYPB-nin əməkdaşı, polis kapitanı X7 tərəfindən, 27 noyabr 2023-cü il tarixdə qanunsuz olaraq barəsində, "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilərək, ona imza üçün təqdim edilmişdir. Yol nəqliyyat hadisəsindən üç gün sonra tərtib edilmiş qanunsuz protokola etiraz etməyi barədə imza edib, Quba rayon polis şöbəsinin DYPB-nin əməkdaşı, polis kapitanı X4 verib. Həmin gün, ağ rəngli “Toyoto Prado” markalı avtomaşının sürücüsü, yol polis əməkdaşı Nail Əliyevin xidməti otağında olduqdan sonra, baş vermiş yol nəqliyyat hadisəsində, təqsirin onda olması barədə fikir ortaya çıxmışdır. Hadisədən dərhal sonra, o hər iki avtomaşının foto şəkillərini çəkərək, baş vermiş hadisənin video görüntüsünü də əldə etmişdir. Lakin hadisə günü, hadisə yerinə baxış keçirilməsi ilə bağlı, heç bir sənədləşmə aparılmamış, barəsində tərtib edilmiş inzibatı protokol, yalnız 27 noyabr 2023-cü il tarixdə sonradan qanunsuz olaraq hadisə yerində deyil, kabinetdə tərtib edilmiş, baş vermiş yol nəqliyyat hadisəsinin şahidləri müəyyən edilərək, onların izahatları alınmamışdır. Bütün qeyd etdikləri, bir daha təsdiq edir ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsiri olan ağ rəngli “Toyoto Prado” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomaşınının sürücüsü, müxtəlif qanunsuz yollarla, Quba RPŞ-nin DYPB-nin əməkdaşı, polis kapitanı X4 yol taparaq, yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmasında, onu təqsirli saymışdır. Maraqlısı da odur ki, yol nəqliyyat hadisəsi 24 noyabr 2023-cü il tarixdə baş versə də, barəsində heç bir araşdırma aparılmadan, onun hadisə barədə ətraflı izahatı alınmadan, hər iki sürücünün sərxoşluq vəziyyətində olub olmaması istiqamətində araşdırma aparılmadan, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilərək, hadisədən üç gün sonra ona imza üçün təqdim edilmişdir. Eləcə də həmin protokol üzrə Quba rayon polis şöbəsinin DYPB-nin əməkdaşı( tutduğu vəzifə qeyd edilməmişdir) polis mayoru X1 tərəfindən 09 dekabr 2023-cü il tarixdə barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Tərəfindən, şərh etdiyi yol nəqliyyat hadisəsi ilə bağlı olaraq, idarə etdiyi “Piryora” markalı **-HR-*** dövlət nişanlı qara rəngli avto nəqliyyat vasitəsi ilə, yolun qarşı sağ tərəfində hərəkətdə olan ağ rəngli “Toyoto Prado” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomaşınının toqquşaraq, baş vermiş yol nəqliyyat hadisəsi üzrə, hadisə yerinin təkrar baxışının keçirilməsi, hadisə yerində, "STOP" yol nişanının tələblərinin digər maşının sürücüsü tərəfindən pozulmasını özündə əks etdirən video görüntünü, mütəxəssislərin iştirakı ilə nəzərdən keçirib, obyektiv hüquqi qiymətin verilməsi məqsədi ilə, 01 dekabr 2023-cü il tarixdə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş X8 Azərbaycan Respublikasının Baş Prokuroru, 1 dərəcə dövlət ədliyyə müşaviri Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general polkovnik Vilayət Eyvazova, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin rəisi, polis general mayoru Ramiz Zeynalova və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Şəbinə xanım Əliyevanın adına şikayət ərizəsi göndərilərək, Quba rayon polis şöbəsinin X11 Bölməsinin rəhbərliyinə, müvafiq göstərişin verilməsini xahiş etmişdir. Həmin vaxtdan hal-hazıra kimi şikayət ərizələrinə cavab verilməmiş, əksinə, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol üzrə, Quba RPŞ-nin DYPB-nin əməkdaşı( tutduğu vəzifə qeyd edilməmişdir) polis mayoru X1 tərəfindən 09 dekabr 2023-cü il tarixdə barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. 24 noyabr 2023-cü il tarixdə saat saat 14:30 radələrində, idarə etdiyi “Piryora” markalı 99- HR-674 dövlət nömrə nişanlı qara rəngli avtonəqliyyat vasitəsi ilə, ağ rəngli “Toyoto Prado” markalı 90- MS-290 dövlət nömrə nişanlı avtomaşının toqquşması ilə müşaiyət olunan, yol nəqliyyat hadisəsi ilə əlaqədar obyektiv araşdırma aparılmadan, onun barəsində qanunsuz olaraq, 09 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Odur ki, yuxarıda şərh edilənləri nəzərə alaraq, barəsində 09 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı, Azərbaycan Respublikasının CPM-nin 212.3-cü maddəsinin tələbləri qaydasında öyrənilərək, təqsirkar şəxsin inzibati məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədi ilə, qəbul edilmiş qərarın ləğv edilərək, toplanmış materialların əlavə araşdırmanın aparılması üçün Quba RPŞ-nin təhqiqat bölməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini xahiş etmiş və qeyd etmişdir ki, o, 60-70 km/saat sürətlə hərəkətdə olmuş və üstünlük onun olduğu halda, “Toyoto Prado” markalı nəqliyyat vasitəsinin sürücüsü ikinci yol ayrıcında qoyulmuş “Stop” nişanına əhəmiyyət vermədən, onu gördüyü halda onun qarşısına çıxaraq yol hərəkəti qaydalarını pozub, nəticədə hər iki avtomaşına zərər dəymişdir. Məhkəmə iclasında Quba RPŞ-nin DYPB-nin polis kapitanı X7 ifadəsində bildirmişdir ki, 24 noyabr 2023-cü il tarixdə Quba-Qonaqkənd yolunun 1-ci klometrliyində “Piryora” markalı **-HR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə, “Toyoto Prado” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə müşaiyət olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırılma aparılmışdır. Həmin ərazidə üstünlük **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olmuşdur. İkinci dərəcəli yoldan “Toyota Prado” markalı avtomobil hərəkətə başlamış və T.Qubatov həmin hissədə sərt döngə olduğunu nəzərə almadan ikinci dərəcəli yoldan çıxan “Toyota Prado” markalı avtomobili yolun əks istiqamətində olan zolaq üzərində vurmuşdur. Bununla da **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həm də “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərini pozmuşdur. “Toyoto Prado” markalı **- MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yol nizamlanmayan yol ayrıcıdır. Toyoto Prado” markalı nəqliyyat vasitəsinin digər hərəkət istiqamətində olan yola keçmək ixtiyarı olmuşdur. Hər bir halda “Toyoto Prado” markalı nəqliyyat vasitəsinin sürücüsü “stop” nişanında dayanaraq baş yolda nəqiliyyatın olmadığını gördükdən sonra hərəkətə başlamalı olmuş və **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərt döngəni keçdiyi anda həm də, sürəti nəzərə almamış və toqquşma baş vermişdir. Bu əsasla əks zolaqda **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şinlərinin izinin fotolarda aşkar göründüyünü bildirmişdir Məhkəmə, tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət qismən təmin olunmalı və inzibati iş yenidən araşdırılması üçün DİN BDYPİ-ə göndərilməlidir. İş materiallarında olan DİN Quba RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə nəzərədə tutulmuş xəta törətməsilə nətəcələnməsi müəyyən edilmiş və 80 manat cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). “Toyoto Prado” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda 2.5 (dayanmadan keçmək qadağandır) digər nəqliyyat vasitəsinin hərəkətdə üstünlüyünü bildirən üstünlük nişanı mövcuddur. Qeyd edilən nişanın mövcuduğu “Toyoto Prado” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ikinci dərəcəli yolla hərəkət etdiyini bildirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40-cı bəndində qeyd olunub ki, üstünlük — nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən “yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir” kimi anlayış verilmişdir. Təqdim olunmuş sübutlardan, o cümlədən hadisəni əks etdirən videodan göründüyü kimi, “Toyoto Prado” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikinci dərəcəli yolla hərəkət etməklə lazımi diqqət və ehtiyatlılıq göstərərək başqa nəqliyyat vasitəsi qabaqcadan görməli olduğu halda, onu görməmiş və başqa nəqliyyat vasitəsinin, yəni **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qəflətən hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur edə biləcəyi halda hərəkətə başlamama ilə bağlı qanunun tələbinə riayət etməmişdir. Qərar qəbul etmiş səlahiyyətli şəxsin “Toyota Prado” markalı avtomobilin yolun əks istiqamətində yolda vurulması ilə bağlı dəlili isə tutarlı sayıla biməz. Belə ki, “Toyota Prado” markalı avtomobilin sürücüsü **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə, həmçinin hərəkət istiqamətini və ya sürətini hadisənin qarşısını almaq baxımından dəyişdirmə imkanı nəzərə alınmaqla sonrakı hərəkət istiqamətindən asılı olmayaraq ona yol verməli idi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə hesab edir ki, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasəb hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2565/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2565/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver