Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2569/2023 18.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin:78JOKYY, orta təhsilli, evli, fərdi əmək, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Quba rayonu, İ Nügədi kəndində Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində 1 baş xırdabuynuzlu heyvanı oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında bildirmişdir ki, Nügədi kənd sakini Dadaşov Laçın Faiq oğlu PŞ-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə özünə məxsus 1 ədəd xırda buynuzlu heyvanını otlaması üçün buraxdığını və itirdiyini bildirmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, həmin kəndin sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Quba rayonu, İ Nügədi kəndində Zərərçəkmiş şəxs məxsus 400 AZN dəyərində 1 baş xırdabuynuzlu heyvanı oğurlamışdır. Protokol təhqiqatçının qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus 1 ədəd xırda buynuzlu heyvanı kənd ərazisində oğurlamış və onu 170 manata satmışdır. Əlavə edərək zərərçəkmişə maddi ziyanı ödədiyini və barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, yaşadığı kənddə kənd təsərrüfatı işləri ilə məşğul olur. 28 ədəd xırda buynuzlu heyvanı vardır. xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrındə həmin heyvanları otlaması üçün həyətyanı sahəyə buraxmışdır. Saat 17:00 radələrındə heyvanların məhəllədə açıq yerdə olduğunu və 1 ədəd, erkək, qara rəngli, 30 kq çəkidə olan, 400 manat dəyərində olan xırda buynuzlu heyvanının olmadığını aşkar etmişdir. Həmin heyvanın özü getməsini düşünmüş və bu barədə məlumat vermişdir. İzahatnın aonunda məhkəməyə ərizə təqdim edərək, dəymiş maddi ziyanın ödənildiyini və Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 dekabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, şikayət və tələbin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibat iş üzrə icraata xitam verilir. Qeyd edilən Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2569/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2569/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver