Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2579/2023 20.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən səlahiyyətli şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi qaydada işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan, Şabran rayonu, Taxtalar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə. Saat 17:30-da Quba rayonu, Vəl-Vələ kəndi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, Şabran rayon Dağbilici kənd sakini Şəxs xx.xx.2023-cu il tarixində təxminən saat 12:30 radələrində Quba rayonu, Cağacuq kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs Xanmırzə oğlunun burun nahiyəsindən başı ilə bir dəfə kəllə zərbəsi vurmaqla sonuncuya dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, etibarnamə ilə qardaşı Familin adına olan “Kamaz 5410” markalı, **-BF-*** dövlət-qeydiyyat nişanlı özüboşaldan yük avtomobili idarə edir. Şabran rayon sakini Zərərçəkmiş şəxs 3 il olar ki, tanıyır, o, da Kamaz markalı özüboşaldan yük avtomobili sürür. İl yarım bundan əvvəl Elmanla zarafatları var idi, sonra Elman zarafat etməməyi xahiş etdiyinə görə münasibətləri pozulmuşdur. 24 oktyabr 2023-cü il tarixdə isə, saat 12 radələrində Kamaz markalı avtomobili ilə Quba rayonu Talabıqışlaq yolunda olan, Salman adlı şəxsin işlətdiyi daş-çınqıl karyerinə çınqıl almağa getmişdir. Çatanda Elman öz Kamaz markalı avtomobili ilə orada idi, onun qardaşı Famil də öz “Kamaz” markalı, 17-77-450 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə orada olmuşdur. Çınqıl yükləyən kon maşınının sürücüsü Rəvan bir az gec gəlmiş, həmin vaxt onun maşını növbədə birinci olmuş, ardınca Elman, yanında isə Famil dayanıbmış. Rəvan növbə barədə soruşmuş və o onun maşınını yükləməsini demişdir. Elman növbəyə görə mübahisə yaratmışdır deyə maşınını çəkmiş, növbəyə Elman girmişdir. Elmanın avtomobilinə çınqıl yükləndikdən sonra o, orada qalmışdır, ardınca qardaşının avtomobilinə yüklənmişdir, axırıncı isə onun avtomobilinə yüklənmişdir. Qardaşı Famil tenti bağlamamış yola çıxmışdır, o və Elman isə çınqılın üzərinə tentləri bağlamaq üçün orada qalmışlar. O, tez bağlayıb yola düşmüşdür, Elman isə orada qalmışdır. Hazırda zərərçəkmişlə barışdığını və barəsində tərtib olunmuş inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Kamaz markalı yük maşını sürür. 24 oktyabr 2023-cü il tarixdə, gündüz vaxtı idarə etdiyi bu maşınla Quba rayon Talabıqışlaq kəndi ərazisində, Vəlvələ çayın kənarında yerləşən birinci karyerdən qum-çınqıl almağa gəlmiş, ekskovatorun qum-çınqıl yükləməsi ilə əlaqədar növbə üstündə Şabran rayon Taxtalar kənd sakini Nail adlı "Kamaz" sürücüsü ilə mübahisəsi düşmüşdür. Amma dalaşmamışlar. Nail də, adını bilmədiyi qardaşı da öz “Kamaz “markalı maşınları ilə orada imişlər. O, yükü vurub yola düşdükdən sonra Nail də ardınca yükü vurub çıxmışdır. Quba-Bakı avtomobil yoluna çatmağa 300-400 metr məsafə qalımış maşınını saxlayıb yerə düşərək işarə vermişdir ki, Nail də maşını saxlasın, soruşsun ki, ondan nə istəyir. Nail maşını saxlayıb yerə düşdükdən sonra soruşmuşdur ki, ondan nə istəyir. Bu zaman Nail əlləri ilə onun boğazından tutub sıxmış və kürəyini də “Kamaz” markalı maşınının yük yerinə sıxıb başı ilə burun nahiyyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Arxadan gələn Nailin qardaşı da öz maşınını saxlayıb yerə düşərək onun üstünə gəlib boğazından yapışmışdır. Həmin vaxt yoldan ötən tanımadığı bir şəxs onları ayırmışdır. Həmin vaxt saat 12:30 radələri olmuş, tez maşınına əyləşib oradan uzaqlaşmışdır və DİN “102” xidmətinə zəng vurmuşdur. Həmin şəxslər onu döyərkən ətrafda başqa şəxslər olmamışdır. Özü onları vurmamışdır. Ona xəsarətləri Nail yetirmişdir. O ərizə təqdim edərək barışdıqlarını bildirmiş və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 noyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2579/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2579/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver