Məhkəmə qərarları › İş №3(027)-2587/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2587/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2587/2023 21.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, xx.xx.1984-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) X3 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, X3 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs bədəninə vurmuş itələyərək yerə yıxmışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X5 tərəfindən X2 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 bildirdi ki, 25 noyabr 2023-cü il tarixdə saat 11 radələrində yaşadığları evdə baldızı Elmira ilə aralarında söz mübahisəsi yaranmışdır. Elmira onu vurmuş və o özünü müdafiə etmək üçün onu kənara itələmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 25 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində qardaşının arvadı Arzu ilə aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı Arzu onu vuraraq bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru X5 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Baş vermiş həmin mübahisə zamanı Zərərçəkmiş şəxs qarşılıqlı olaraq qardaşının həyat yoldaşı Şəxs üzünü, qolunu cırmaqlayaraq ona xəsarət yetirmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Lakin Şəxs Zərərçəkmiş şəxs tərəfindən aldığı xəsarətlə bağlı MTE-dan keçməkdən imtina etədərək ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Ona görə də, Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanılması rədd edilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onlar barışmışdır və X3 barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar