Məhkəmə qərarları › İş №3(027)-2598/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2598/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2598/2023 29.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən səlahiyyətli şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan subay, fərdi qaydada işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:44 radələrində ünvan 1ində bibisi Zərərçəkmiş şəxs boyun nahiyyəsinə yumruqla vuraraq, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, ünvan 1 sakini Şəxs 15 noyabr 2023-cü il tarixdə gecə saatlarında sərxoş halda bibisi Bənövşənın evinə gələrək sərxoş halda münaqişə yaradaraq Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutmuşdur. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, spirtli içkı aludəçisidir və 15.11 2023-cü il tarixdə gün ərzində pivə və spirtli içki qəbul edib sərxoş halda əlini divara vurmuşdur. Əlindən qan gəldiyini görüb kömək üçün yaxınlıqda yaşayan bibisi Ulduzun evinə getmiş və evin qarşısında səslənərkən eşidilmədiyini görüb hasardan həyətə daxil olmuşdur. Evə daxil olub onları danlamağa başlamış və köməklik etməmələrinin səbəbini soruşmuşdur. Bir qədər sonra qardaşı Cavad gəlib onu evə aparmışdır. Başqa heç nə xatırlamır. Hazırda zərərçəkmişlə barışdığını və barəsində tərtib olunmuş inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə küçədən səs eşidib baxdıqda qardaşı oğlu Fuadın gəldiyini görmüşdür. Fuad qapını döysə də, qapını açmamış, Fuad da hasardan həyətə düşərək evə daxil olmuşdur. Qapını açmadıqlarına görə Fuad onları danlamış və Bənövşə Fuada evdən getməsini dedikdə, Fuad onun üstünə hücum çəkib boğazından vurmuşdur. Sonra qardaşı Cavad gələrək Fuadı evlərinə aparmışdır. İfadəsinin sonunda ərizə təqdim edərək barışdıqlarını bildirmiş və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 noyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar