Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-26/2021 06.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Adıgözəlov Qüdrət Heybəti oğlunun iştirakları ilə, xx.xx.1966-cı ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi sahibkarlığla məşğul olan, Quba rayonu, Timiryazev kəndində qeydiyyatda olan və yaşayan Adıgözəlov Qüdrət Heybəti oğlu barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Adıgözəlov Qüdrət Heybəti oğlu xx.xx.2020-ci il tarixdə saat 1400 radələrində Quba rayonu, Timiryazev kəndində küçədə piyada hərəkətdə olduğu zaman qonşusu X2 qarşı nəlayiq söyüşlər söymüşdür və ictimai qaydanı pozmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs X8 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Quba rayonu, Timiryazev kəndində Adıgözəlov Qüdrət Heybəti oğlu qonşusu X2 qarşı söyüşlər söyərək ictimai qaydanı pozmuşdur.Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Adıgözəlov Qüdrət Heybəti oğlu özünü təqsirli bilməyərək göstərdi ki, X4 ilə qonşudurlar bir kənddə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 13:00 və14:00 radələrində mağaza istiqamətində hərəkətdə olduğu zaman heç bir səbəb olmadan ona nəlayiq söyüşlər söymüş, o da ona cavab vermişdir. Yaşda böyük olduğuna görə gözləyibki ondan bəlkə üzr istəyər, lakin günün ikinci saaatlarında Cəlal üstünə gələrək, onu və oğlunu hədələyərək təhqir etmiş, nəlayiq söyüşlər söymüş, ona görə, evə gedib təhlükəsizliyini təmin etmək məqsədilə 102 xidmətinə zəng eləyib. Əlavə olaraq bildirdi ki, həmin işdə üçüncü şəxs Yasin adında şəxs də olub. Məhkəmədə zərərçəkmiş şəxs X4, izahatında göstərdi ki, zərərçəkmiş şəxs ilə qonşudurlar, bir kənddə yaşayırlar və hər ikisi maqazin işlədirlər. Buna baxmayaraq xeyli müddətdirki bir-birilərilə danışmırlar. Bildirdiki o Qüdrəti söyməyib, əksinə Qüdrət ona nəlayiq hərəkət eləyib, o da ona əvəzində cavab verib.Hazırda şikayətçidir. İnzibati xəta haqqında işin sənədlərini tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Adıgözəlov Qüdrət Heybət oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X3 və X6 barəsində cinayət işinin başlanılması rədd edilməsi və qərarın surəti X3 və Adıgözəlov Qüdrət Heybət oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RP-nin İTB-nə göndəliməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Adıgözəlov Qüdrət Heybəti oğlunun mənsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Adıgözəlov Qüdrət Heybəti oğlunun məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Adıgözəlov Qüdrət Heybəti oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Adıgözəlov Qüdrət Heybəti oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini ağırlaşdıran halı nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Adıgözəlov Qüdrət Heybəti oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-26/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-26/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver