Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-264/2025 17.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə 3(027)-264/2025 və 3(027)-265/2025 nömrəli inzibati xəta haqqında işləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Şəxs barəsində tərtib edilmiş Quba RPŞ-nin İTB-nin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:40-da Quba şəhərində yerləşən Nizami parkının yaxınlığında bir azyaşlı məktəblinin olduğu yerdə ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, onu saxlayan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Hesab edirəm ki, Şəxs oğlunun eyni vaxtlarda törətdiyi göstərilən inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında işlər 3(027)-265/2025 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında işlər 3(027)- 265/2025 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-264/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-264/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver