Məhkəmə qərarları › İş №3(027)-265/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-265/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-265/2022 17.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 15 mart 2022-ci il tarixdə saat 15:00 radələrində Quba-Qonaqkənd yolunun İİ Nügədi kənd ərazisindən keçən hissəsindən DYPB-nin YPX inspektorunun saxla işarəsi ilə idarə etdiyi “QAZ-31” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 4 ədəd kağıza bükülmük narkotik vasitə marixuana aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs oğlunun barəsində 16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 15 mart 2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi Qaz-31 markalı **-OF- *** d.q.n avtomaşını ilə Quba rayon 2-ci Nügədi kəndində Bakı Dövlət Universitetinin Tədris binasını olduğu tərəfə getdiyi vaxt DYPB- nin YPX-nin əməkdaşları ona avtomaşını saxlama işarəsi verdiklərindən avtomaşını saxlayıb yerə düşəndən sonra həmin şəxslər onun narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, o da narkotik vasitə istifadə etmədiyini desə də onlar onun narkotik vasitə istifadə etməsindən şübhələnib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdikdən sonra ona təhqiqatçı tərəfindən vəkil təqdim olunmaqla üzərində olan əşyaları özünə məxsus avtomobilin arxa yük hissəsinin üstünə qoyması təklif olunmuş,o da əynində olan şalvarın cibindən 50 qəpik dəmir pulları çıxarıb avtomobilin arxa yük hissəsinə qoyub üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra ondan avtomobilində narkotik vasitə olub-olmaması soruşulduqda o narkotik vasitədən istifadə etdiyini və avtomobilin bar adlanan hissəsində narkotik vasitə saxladığını etiraf edib qeyd olunan hissədə “Dirol” saqqız qutusunda olan narkotik vasitəni çıxarıb təqdim etmiş,qutu açılıb baxıldıqda onun içərisində 04 ədəd kiçik kağız bükülüdə içərisində yaşıl rəngli ota bənzər kütlələrin olduğu aşkar olunduğundan bu barədə ondan soruşulduqda o həmin narkotik vasitəni özünün istifadə etməsi üçün avtomobilində saxladığını və 2 gün bundan əvvəli Nügədi kəndinin ərazisindən keçən Qaraçay kəndinə gedən yolda yerdən tapdığını bildirmişdir. Avtomobildə aşkar olunan narkotik vasitədən heç kəsə verməmiş,yalnız 1 dəfə özü istifadə etmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 16.03.2022-ci il tarixli qərarından görünür ki, X1 məxsus narkotik vasitə olan marixuananın ümumi çəkisi 0.980 qram olduğundan ’’Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il Qanunu ilə tərtib olunmuş və 27 avqust 2005-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş siyahıda olan həddən aşağıdır. Vət.Şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan marixuananıen çəkisi 0.980 qram olduğundan bu da AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsulliyyəti yaradan həddən aşağıdır və inzibati məsuliyyət yaradır. Ona görə də, Şəxs, oğlunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2022-ci il tarixli 7/259 nömrəli rəyindən görünür ki, Şəxs avtomobilindən aşkar olunan ümumi çəkisi, 0.980 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş Marixuanadır. İş materiallarından görünür ki, Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Şəxs oğlunun barəsində həbs etmənin 16 mart 2022-ci il tarixdən, saat 19:40-dan hesablanmalıdır. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs avtomobilindən götürülmüş 4 ədəd bükümdə ümumi çəkisi 0.980 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 16 mart 2022-ci il tarixdən, saat 19:40-dən hesablansın. Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs avtomobilindən götürülmüş 4 ədəd bükümdə ümumi çəkisi 0.980 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar