Məhkəmə qərarları › İş №3(027)-266/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-266/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-266/2022 17.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10.03.2022-ci il tarixli, 1327347-496№li və Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi, X3 tərəfindən 17.03.2022-ci il tarixli MN 1327436-540 №li və MN 1327437-539 №li inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs 16.01.2022-ci il tarixdə, saat 19:00 radələrində Quba şəhəri, 25-ci məhəllədə, küçədə X2 sifət nahiyyəsinə sillə ilə vuraraq döymüşdür. Bundan başqa 17.03.2022-ci il tarixdə saat 14 radələrində Quba rayon Məhkəməsinin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Eyni zamanda 17.03.2022-ci il tarixdə saat 14 radələrində Quba Rayon Məhkəməsinin qarşısında polisin qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 10.03.2022-ci il tarixli və 17.03.2022-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-266/2022 №li, 3(027)-267/2022 və 3(0267)-268/2022 №li iş bir icraatda 3(027)-268/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 10.03.2022-ci il tarixli və 17.03.2022-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 2(027)- 266/2022 №li, 3(027)-267/2022 və 3(0267)-268/2022 №li iş bir icraatda 3(027)-268/2022 nömrə ilə birləşdirilsin. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar