Məhkəmə qərarları › İş №3(027)-27/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-27/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-27/2025 07.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məmmədov Səxavət Yaşar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2024-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarət yetirmişdir. Ona görə də Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 07 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs döymüşdür. Ona görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuş və bildirmişdir ki, nə üçün izahat verməyi ona aydındır. Son vaxtlar anası X2 ilə evdə mübahisəsi olur. Buna səbəb isə onun evdə yeməyi vaxtında hazırlamaması olub. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində onun evdə anası ilə yenə də söz mübahisəsi olub və anası çıxıb gedib. Daha sonra ona məlum olub ki, o, Zərərçəkmiş şəxs evinə gedib. O, da həmin tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs evinə gedib. Orada həyətdə anasını görüb. O, anasına evə getməyini xahiş edib, lakin o, razılaşmayıb. Buna görə də o, Zərərçəkmiş şəxs evinin pəncərələrini əlində olan daş və odun parçası ilə qırıb. Bundan sonra Zərərçəkmiş şəxs gəlib və o, Məlahətin də əlində olan odun parçası ilə boyun və kürəyindən bir neçə dəfə vurub. Daha sonra polis əməkdaşları gəlib və onu polis şöbəsinə gətiriblər. Mübahisənin müddətini xatırlamır, orada başqa heç kim olmayıb, o, narkotik vasitə istifadə etməyib, etmir, yalan bildirilib. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o, evə gəlib və qohumu Şəxs evinin həyətində olduğunu və evinin pəncərələrini qırdığını görüb. O, Səxavətə niyə görə bu hərəkəti etdiyini dedikdə Səxavət əlində olan odun parçası ilə onun boyun və kürəyindən bir neçə dəfə vurub. Daha sonra onun məlumatı əsasında Əliqulu Kələntərov, oğlu Rəvan Almasov və qızı Asiya Almasova 102 xidmətinə məlumat veriblər. Onlar hadisə yerində olmayıblar. Sonradan ona məlum olub ki, Səxavətin anası Bahar Almasova ilə aralarında mübahisə olduğuna görə Bahar onların evinə gəlib və Səxavət ondan sonra onun evinə gəlib və bu hərəkəti edib.11 pəncərə şüşəsini sındırılması ilə bağlı ona təxminən 40 manat ziyan dəyib. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsla barışmamış, onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsviri hissəsindən görünür ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Quba şəhəri, 31-ci məhəllədə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə gəlib aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu odun parçası ilə vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İnzibati xəta törətməsindən peşman olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin inzibati həbsin başlanğıcı 07 yanvar 2025-ci il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 07 yanvar 2025-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar