Məhkəmə qərarları › İş №3(027)-271/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-271/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-271/2023 02.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlal oğlunun, Onun müdafiəçisi X9 iştirakları ilə, xx.xx.1988-ci ildə Quba rayonu Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonu, Rustov İƏD, Xanagah kəndində qeydiyyatda olan və yaşayan Şəxs Cəlal oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 02 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Seyfullayev X15 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-99/2023 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Cəlal oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs X14 izahatında bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 2(027)-99/23 saylı icra vərəqəsinə əsasən nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları X2 himayəsində qalmalı, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 verilməlidir. Tələbin icrası barədə borcluya rəsmi məlumat verilmiş, lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Hazırda borclu Şəxs 1720 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlal oğlu özünü qismən təqsirli bilərək bildirdi ki, qeyd olunan icra sənədi üzrə yaranmış borcdan cəmi 100 manat vəsait ödəyib. O, məhkəmə qərarına hörmətlə yanaşır, buna baxmayaraq hər ay 150 manatdan yuxarı məbləğdə aliment ödəmək iqtidarında deyil. Buna maddi imkanı yol vermir. Hazırda aliment borcundan ödəniş edə bilmir. Övladlarının təminatının qarşılaya bilməməsindən peşmandır və qısa müddətdə ən azı 150 manat məbləğdə aliment ödəyəcəyinə söz verir. Məhkəmə iclasında tələbkar X4 ifadəsində Şəxs Cəlal oğlunun aliment borcunu ödəmədiyini, maddi cəhətdən pis vəziyyətdə olduğunu, cəmi 100 manat aliment məbləği aldığını və mümkün sərt cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Cəlal oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 99/2023 saylı icra sənədinə əsasən borclu nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları X2 himayəsində qalmalıdır. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-99/2023 saylı icra sənədi həmin tarixdə icra məmuru Vahid Aqiloviçin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs Cəlal oğluna bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs Cəlal oğlunun yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs Cəlal oğluna tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə və dəfələrlə borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs Cəlal oğlunun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 02 mart 2023-cü il, saat 15:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 mart 2023-cü il, saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 06 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar