Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-272/2023 10.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Vətən müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respulikası DİN BDYPİ-dən göndərilmiş sosial şəbəkələrdə yayımlanmış görüntülərdən müəyyən edilmişdir ki, Şəxs “Vaz 21214” minik markalı **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, “Vaz 21214” minik markalı **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2021ci ildə onda olmuş, , 2022-ci ildə isə həmin avtomobil başqasına satılmışdır. 2020-ci ilin ortalarında 2022-ci ilin yanvar ayınadək hərbi xidmətdə olmuşdur. Avtomobil onda olan vaxtlarda o heç bir qanuna zidd hərəkətlərə yol verməyib. 2022-ci ilin iyul ayında avtomobil onun mülkiyyətində və istifadəsində olmuş, sohnra etibarnamə əsasında, lakijn faktiki olaraq satmışdır. X1 iştirakçısıdır. Hadisənin baş vermə yeri və vaxtı barədə ümumiyyətlə məlumatsızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN-nin Quba rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən CD-ə baxış keçirilərkən “Vaz 21214” minik markalı **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sürətləndirilməklə təkərin yolun səthi ilə sürtünməsi və ya yolun səthində təkər izlərinin buraxılması müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim olunmuş çıxarışdan göründüyü kimi, “Vaz 21214” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildə mülkiyyətinə daxil olmuş və.11.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi etibarnamə üzrə Şəxs tərəfindən Məmmədov İsmayıl oğluna etibar edilmişdir. İş materiallarına əlavə edilən 1-8890 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsin”in surətindən göründüyü kimi, Şəxs Azərbaycan Respublikası Prezdentinin xx.xx.2021-ci il tarixli, 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı,1-31264 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş, 8 Noyabr “Zəfər Günü” münasibətilə döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə görə, “31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il münasibətilə döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində əldə etdiyi nəticələrə görə, xidmət etdiyi müddət ərzində döyüş hazırlığında, ictimai-siyasi hazırlıqda və nizam-intizamda fərqləndiyinə görə, “26 iyun Silahlı Qüvvələr günü” münasibətilə döyüş hazırlığında, ictimai-siyasi hazırlığın təşkilində əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanlarla təltif olunmuş və xidmət etdiyi dövrdə hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına Şəxs isnad edilən əməlin məhz onun tərəfindən törədilməsilə bağlı, habelə xətanın ümumiyyətlə törədilmə vaxtı ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. İş materiallarına əlavə edilən CD-də əks etdirilən görüntülər şəxsiyyətin eyniləşdirilməsi baxımından kifayət etmir və həmin görüntülər vaxtı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-272/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-272/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver