Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-273/2021 25.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Teymur oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Quba rayonu Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Quba KMK-də süpürgəçi işləyən, Quba şəhəri, 29-cu məhəllə ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 20:15 radələrində Quba-Xaçmaz yolunda 480 klub çay evində ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Ona görə də Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Adıgözəlov Adıgözəl Nurəddin oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx xxxx 2021-ci il tarixli, MN 1063837-892 №-li protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olduğunu, xx.xx.2021-ci il tarixdə, saat 20:15 radələrində Quba rayon Timiryazev qəsəbəsində yerləşən çay evinin qarşısında ucadan ünvansız nalayiq ifadələr ifadələri işlətdiyini, əməli sərxoş vəziyyətdə törətdiyini və hazırda bundan peşmançılıq çəkdiyini bildirmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının xx.xx.2021-ci il tarixli, saat 22:11 radələrində alkotestr məlumatından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 1,471 promildir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini və inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi kimi məsuliyyətini yüngülləşdirən halı və inzibati xətanı sərxoş vəziyyətdə törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-273/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-273/2021
25.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver