Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-278/2025 02.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 nümayəndəsi X2 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1- 1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22535023 nömrəli, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19963465 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23018210 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24208187 nömrəli, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13528125 nömrəli və Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22662181 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22535023 nömrəli, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, EQ 19963465 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23018210 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24208187 nömrəli, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13528125 nömrəli və Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22662181 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 mart 2024-cü il tarixində gizli kamera ilə cərimə yazıblar. “102” qaynar xəttinə müraciət etsə də araşdırılma aparılmamışdır. Qərarları da ona verilməmişdir. Qərarları yalnız Quba rayon polis şöbəsindən xx.xx.2025-ci il tarixində göndərilmişdir. Quba rayon məhkəməsinə 2024-cü il tarixində müraciət etdikdə qərarlar olmadığına görə ərizə geri qaytarılmışdır. Dəfələrlə şikayətlərdən sonra qərarları xx.xx.2025-ci il tarixində məhkəməyə göndərsə də yenidən ərizə qaytarılmışdır. xx.xx.2023-cü il tarixli qərarda göstərilən vaxtı 23:25-də avtomaşın həmin ərazidə olmayıb, səhər saatlarında da yaşıl işıqda sol tərəfə keçmək istəyəndə yük maşını yolun ortasında dayandığına görə keçmək mümkün olmayıb qırmızı işıq yanıb avtomobili geri qaytaranda arxada avtomaşın olduğu üçün xəttin üstündə dayandırılıb, bu da heç bir qanun pozuntusu olmayıb,avtomaşının hərəkəti sifarişlə izlənildiyindən cərimə yazılıb və rəsmi qaydada ona göndərilməyib. Ondan əvvəldə iki cərimə yazılıb, lakin sonradan şikayətə görə onlar silinib, 1-ni saxlayıblar ki, avtomaşını texniki baxışdan keçirə bilməsin. xx.xx.2024-cü il tarixində də heç bir qanun pozuntusu olmayıb, gizli kamera ilə çəkilib və qərara salınıb, qərar da göndərilməyib. xx.xx.2024-cü il tarixində həyat yoldaşı deputatlığa namizədliyini verdiyi üçün avtomaşına gizli kamera ilə cərimə yazılıb ki maşınla hərəkət edə bilməsin. xx.xx.2024-cü il tarixində eyni qayda ilə gizli kamera ilə cərimə yazılıb, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində xəstəxanaya H.Əliyev prospekti ilə gedib Sülh küçəsi ilə qayıtmışdır. Xəstəxanadan hər iki dəfə dərmana görə mübahisə yaranıb və polisə zəng olunduğuna görə cərimə yazılıb. Texniki baxışa görə avtomaşına başqa vaxtlarda Quba-Bakı yolu ilə Şabrana, Qusara və Xaçmaza gedəndə heç vaxt cərimə yazılmayıb, halbuki beynəlxalq avtotrasda 100 km məsafədə radarlar quraşdırılır. Məhkəmə iclasında şikayət verən X1 nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin BDYPİ-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 22535023 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 19963465 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozduğuna görə 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23018210 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 24208187 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 13528125 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 22662181 nömrəli elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozduğuna görə 20 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 60-cı maddəsinə 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Məhkəmə, sübutları obyektiv tədqiq edərək hesab edir ki, xüsusi texniki vasitə ilə əldə olunmuş məlumatlardan göründüyü kimi, **-CL-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsilə barələrində şikayət verilmiş xətalar törədilmişdir və həmin qərarların ləğv edilməsi üçün əsas yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB- Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22535023 nömrəli, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19963465 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23018210 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24208187 nömrəli, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13528125 nömrəli, Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22662181 nömrəli elektron qərarlar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22013339 saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22535023 nömrəli, Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19963465 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23018210 nömrəli, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24208187 nömrəli, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13528125 nömrəli, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22662181 nömrəli elektron qərarlarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-278/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-278/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver