Məhkəmə qərarları › İş №3(027)-28/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-28/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-28/2021 07.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1961-ci ildə Quba rayonu Gərəy kəndində anadan olmuş, Azərbaycan vətəndaşı, suba, işsiz, Quba rayonu, Gərəy kəndində yaşayan və qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrinin tələbinin pozulması barədə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs qızı xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində Quba rayonu Gərəy kəndində Zərərçəkmiş şəxs yaxasından tutaraq bədəninə vurmaqla, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmiş və Qüdrət Balayevin avtomobilinə daş ilə vuraraq 203 manat ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X2 bildirdi ki, Şəxs qızı xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində Quba rayonu Gərəy kəndində Mirzəyev Ayaz Nəbi oğluna bədən nahiyəsinə zərbələr endirmişdir, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmiş və Qüdrət Balayevin avtomobilinə daş ilə vuraraq 203 manat ziyan vurmuşdur.Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı özünü təqsirli bilməyərək bildirdi ki, Faizə onun qardaşı arvadıdır. Münaqişə olan gün qonşu Faizənin həyətində mübahisə olduğunu xəbər vermiş, o da ora gedərək, Faizənin qudası Hüriyyənin, Ayazın, qızları Ayselin və kürəkənləri Qüdrətin orda olduğunu görüb. Aysel valideynlərilə uşaqları aprmaq üçün gəlmiş və zorla uşaqları qaynanasından alıb aparmaq istəyib. Faizənin gəlini Aysel bir aydan çox atası evində olduğu müddətdə onu iki uşağına qaynanası Faizə baxıb. O da Faizənin harayını eşidib onların uşaqları aparmaqlarına mane olmaq istəyəndə, Ayaz onun üstünə cumaraq, çiynindən zərbələr vurub. O da yerdən daşı götürüb Ayaza tərəf atmaq istəyəndə daş maşının yan şüşəsinə dəyib. Lakin o Zərərçəkmiş şəxs vurmayıb. Hazırda şikayətçidir. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə, Quba rayonu Gərəy kəndində Şəxs əli ilə onun boynuna və bədəninə vurub və Qüdrət Balayevin avtomobilinə daş ilə ziyan vurmuşdur.Hazırda şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs toplanmış material üzrə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində İXM-nin 157 və 232-1-ci maddələrinin tərkibi var və o, həmin inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarla, xx xxxxxx 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alır və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 157, 40, 43, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar