Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-28/2022 11.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 və X4 iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyatda olan və yaşayan (X6 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 10 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində Quba rayonunun Qımıl-Qışlaq kəndində “Mersedes” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomaşında iki ədəd siqaret gilizinə doldurulmuş marixuana saxlamışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 tərəfindən Şəxs barəsində 10 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 07.01.2022-ci il larixdə özünə məxsus “Mersedes” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilində həmkəndliləri Orxan, Çingiz, Rəşad və Vüsalla Quba rayonu, Qımıl-Qışlaq kəndi ərazisində asfalt yolun kənarında dayanıb söhbət etmişlər. Həmin vaxt Vüsal onda marixuana olduğun bildirərək, doldurub çəkməyi təklif etmiş, o və yanında olan digər həmkəndliləri heç bir söz deməyərək razılaşmışlar. Vüsal da doldurmağa başlamış, bu vaxt bir avtomobilin dayandığını və polis əməkdaşlarının düşərək onlara yaxınlaşdığını görmüş, həmin vaxt yanında olan həmkəndliləri maşından düşüb qaçmışdır. Vüsal əlində olan ağ kağız bükümünü həmin vaxt ön tərəfə atmış və polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olubolmadığını soruşduqda o, da olmadığını demişdir. Sonradan oraya başqa polislər və vəkil gələrək videokamera ilə üzərinə və avtomobilinə baxış keçirmiş və avtomobilin salonundan sürətlər qutusunun qarşı tərəfinin üst hissəsində açıq yerdən 1 ədəd ağ rəngli kağız bükümünün içərisindəki küllə və 2 ədəd düzəldilmiş siqaretə doldurulmuş vəziyyətdə olan marixuana elektron tərəzidə çəkilmiş, 2.8 qram gəlmiş və zərfə qoyub möhürlənmiş, sonra onu polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçiləri X7 və X2 İsmayıl Balasultan oğlunun hazırda etdiyi əmələ görə peşman olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X10 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs 10 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində Quba rayonunun Qımıl-Qışlaq kəndində “Mersedes” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomaşında iki ədəd siqaret gilizinə doldurulmuş marixuana saxlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, 01 ədəd zərfdə olan təmiz çəkisi 1,079 qram narkotik vasitə sayılan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təminat Hissəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2022-ci il tarixli, 7/22 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vət.Şəxs...avtomobilindən aşkar olunmuş...” sözləri yazılmış zərfə bir ədəd kağız bükülüdə və iki ədəd düzəldilmiş siqaretdə tütün hissəcikləri və ümumi çəkisi 1,079 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş maetriallarında olan 08 yanvar 2022-ci il tarixli aktdan görünür ki, ümumi çəkisi 1,079 qram olan narkotik vasitə-qurudulmuş marixuanadan 0,06 qram nümunə üçün götürülmüş, qalan 1,019 qram geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs üzərindən aşkar olunmuş 01 ədəd zərfdə olan təmiz çəkisi 1,019 qram narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-28/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-28/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver