Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-28/2024 26.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X1, Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X5 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X5 inzibati tənbeh vermə haqqında 28 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X5 inzibati tənbeh vermə haqqında tərtib etdiyi 28 dekabr 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X5 inzibati tənbeh vermə haqqında 28 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə tətbiq edilmişdir.Tərtib edilmiş qərar 28 dekabr 2023-cü il tarixdə ona təqdim edilmişdir. Qərarla razı deyil, hesab edir ki, həmin qərar ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X5 inzibati tənbeh vermə haqqında 28 dekabr 2023-cü il tarixli TP ******* №li qərarında inzibati xəta haqqında qərar qəbul edilməsinə səbəb kimi, xx.xx.2023-cii il tarixdə, saat 14:05 dəqiqədə Quba şəhəri, M. Qorki küçəsində idarə etdiyi “RENAUlT MEGAN” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Referans” lobaratoriyası istiqamətində hərəkətdə olduğu zaman M. Əzizbəyov küçəsi ilə M.Qorki küçəsinin kəsişdiyi yerin yol ayrıcında X3 idarə etdiyi “Vaz-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ona məxsus avtomobilin qabaq sol qapısı ilə toqquşmuş, nəticədə qapı daxilə defarmasiya etmiş və avtomobilinə maddi ziyan dəymişdi. İdarə etdiyi avtomobillə Quba şəhəri, M.Qorki küçəsində hərəkətdə olduğu zaman yol ayrıcında yol ayrıcını tənzimləyən heç bir yol nişanı olmadığını görüb, yol hərəkəti qaydalarına uyğun olaraq sağ zolağda hərəkətdə olan nəqliyyat vasitəsini üstünlük şərti ilə buraxaraq yolunu davam etdirmişdir. Bu halda isə onun hərəkəti İXM-nin 327.2-ci və yaxud da başqa maddənin təsiri altına düşmür. Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X5 inzibati tənbeh vermə haqqında 28 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X6 izahatında bildirmişdir ki, həmin yolda əvvəllər nişan olmuş, lakin hadisə baş verən gün nişanın yolda hərəkətdə olan avtomobillər tərəfindən vurulub düşürülmə ehtimalı olmuşdur. Yol nişanlarına nəzarəti Siqnal idarəsi həyata keçirir. Şikayət edilmiş qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, “Vaz-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda 2.1 (baş yol) üstünlük nişanı vardır. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixli TP ******* saylı görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 28 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə 80 (səksən) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. X2 tərəfindən təqdim edilmiş video materialdan göründüyü kimi, “Vaz-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi “Renault Megan” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qapısı ilə toqquşmuş və hər iki avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). “Vaz-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda 2.1 (baş yol) üstünlük nişanı vardır. Qeyd edilən nişanın mövcudluğu həmin nəqliyyat vasitəsinin baş yolla hərəkət etdiyini bildirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40-cı bəndində qeyd olunub ki, üstünlük — nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur “Renault Megan” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda 2.5 (dayanmadan keçmək qadağandır) digər nəqliyyat vasitəsinin hərəkətdə üstünlüyünü bildirən üstünlük nişanı olmalı olsa da, görüntülərdə həmin nişanın mövcudluğu müəyyən olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin Qanunun 1-ci maddəsinə əsasən “yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir” kimi anlayış verilmişdir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin V bəndinə əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Təqdim olunmuş sübutlardan, o cümlədən hadisədən sonrakı vəziyyəti əks etdirən videodan göründüyü kimi, “Renault Megan” minik markalı **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü üstünlük nişanı olmaması halında ikinci dərəcəli yolda olmasını hesab etməklə hərəkət zamanı lazımi diqqət və ehtiyatlılıq göstərərək baş yolla hərəkət edən nəqliyyat vasitəsini qabaqcadan görməli, habelə yol verməli olduğu halda və başqa nəqliyyat vasitəsinin, yəni “Vaz-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qəflətən hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur edə biləcəyi halda hərəkəti davam etdirməklə bağlı qanunun tələbinə riayət etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli qərarı faktiki əsaslar olmaqla hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Quba RPŞ-nin DYPB-nin inispektoru polis kapitanı X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 28 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-28/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-28/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver