Məhkəmə qərarları › İş №3(027)-28/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-28/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-28/2025 17.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi Tural Abumüslümov tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs evinin pəncərəsini sındıraraq madddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, evə gəlib və qohumu Şəxs evinin həyətində olduğunu və evinin pəncərələrini qırdığını görüb. O, Səxavətə niyə görə bu hərəKəti etdiyini dedikdə Səxavət əlində olan odun parçası ilə onun boyun və kürəyindən bir neçə dəfə vurub. Daha sonra onun məlumatı əsasında Əliqulu Kələntərov, oğlu Rəvan Almasov və qızı Asiya Almasova 102 xidmətinə məlumat veriblər. Onlar hadisə yerində olmayıblar. Sonradan ona məlum olub ki, Səxavətin anası Bahar Almasova ilə aralarında mübahisə olduğuna görə Bahar onların evinə gəlib və Səxavət ondan sonra onun evinə gəlib və bu hərəkəti edib.11 pəncərə şüşəsini sındırılması ilə bağlı ona təxminən 40 manat ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Quba RPŞ və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs həmin hadisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evdə olan taxta pəncərələrin 11 ədəd 30*60 ölçüdə olan tək qat şüşələrini əlində olan taxta parçası ilə vurub sındıraraq 40 manat maddi ziyan vurmuşdur. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməsi cinayətinin, yəni 186-cı maddəsinin tərkibini yaratmır. Ona görə də toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM 232-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti RPş-nin İTB-nə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs evin pəncərəsinin sındırılması nəticəsində 40 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsi dinləyib və toplanmış sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 40 manat ziyanın bir misli miqdarında inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 manat ziyanın 1 (bir) misli miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar