Məhkəmə qərarları › İş №3(027)-281/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-281/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-281/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X8 oğlunun katibliyi, Şəxs MMC-nin təsisçisi X4, qanuni təmsilçisi X2 vəkili X1 iştirakı ilə Şəxs MMC (ünvanı: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 20, mənzil 16, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2 və 192.1-ci maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan 3 və ya daha çox əcnəbinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Beləliklə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2 və 192.1-ci maddələri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən icraat başlanılmış və icraat materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X2 vəkili X3 vəsatət təqdim edərək, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2alın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X6 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2 və 192.1-ci maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialın aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2 və 192.1-ci maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il taixli qərarındakı hüquqi mövqeyə əsasən İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas məkanını nəzərdə tutur: xətanın törədildiyi yer və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer. İş materiallarında olan məlumatlardan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3rə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2 və 192.1-ci maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2 və 192.1-ci maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar