Məhkəmə qərarları › İş №3(027)-282/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-282/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-282/2025 17.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP 71550794 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, VAZ 2109 markalı dövlət qeydiyyatı ** EK *** olan avtomaşın onun qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törətməsini və onun razılığı olmadan heç bir araşdırılma aparılmadan Quba Rayonu Yol Patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilən inzibati xətalar məcəlləsinin 327.2-ci maddəs ilə tərtib edilmiş xx.xx.2025 ci il tarixdə İXP 70116099 saylı pratakolu əsassız sayaraq xx.xx.2025-ci il tarixli TP ******* qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X4 xx.xx.2025 ci il tarixdə saat təxminən 12:00 radələrində öz mülkiyyətində olan Mersedes Benz C220 minik markalı dövlət qeydiyyat nişanı ** ZM *** olan avtomaşınla Quba rayon Hacıqayıb kəndo yolunda Quba istiqaməti ilə hərəkət etdiyi vaxt qarşısından Vaz 2109 markalı dövlət qeydiyyatı ** EK *** olan avtomaşın onun qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Onun və qarşı tərəflə razılaşmamalarını nəzərə alaraq o, idarə etdiyi avtomobilin sığorta şirkətinə zəng etmiş və hadisə yerinə sığorta şirkətinin əməkdaşları və DYP-nin əmakdaşları gəlmişdir. Hadisə yerinə DYP-nin əməkdaşı gəlsədə heş bir baxış keçirmədən şəkillər çəkərək sənədlərini alaraq hadisə yerindən uzaqlaşmışlar və onlara idarəyə gəlmələri bildirilmişdir. Sonradan onlar polis idarəsinə yaxınlaşmış və polis idarəsindən yol nəqliyyat hadisəsinin günahkarı onu bildirilmiş o da razılaşmamışdır ki, qəza törədən maşın onun yoluna çıxaraq qəza yaratmışdır. Bütün bunlara baxmayaraq Nail adlı Polis əməkdaşı ona bildirmişdir ki, “razı deyilsənsə bura imza at sənədləri verim”, o, da nail göstərən sənədlərə imza atmışdır ki, sənədləri ona təqdim etsin sonradan ona məlum olmuşdur ki, Nail adlı polis onu aldadaraq protokola və qərara imza çəkdirib o, bu barədə Nailə bildirsə də, Nail ona imza atmazdın demişdir. O, Nail adlı Polis əməkdaşına bildirmişdir ki, protokolla razı deyil. Hadisədən sonra Sığorta əməkdaşı gələrək hadisə yerinə baxış keçirərək onun hadisədə günahı olmadığını bildirmişdir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və önündə çuxur olduğundan, istiqamətini dəyişdiyini bildirmişdir. Məhkəmə iclasında Quba Rayonu Yol Patrul xidməti inspektoru X3 izahatında bildirmişdir ki, X4 xx.xx.2025 ci il tarixdə saat təxminən 12:00 radələrində öz mülkiyyətində olan Mersedes Benz C220 minik markalı dövlət qeydiyyat nişanı ** ZM *** olan avtomaşınla Quba rayon Hacıqayıb kəndo yolunda Quba istiqaməti ilə hərəkət etdiyi vaxt qarşısından Vaz 2109 markalı dövlət qeydiyyatı ** EK *** olan avtomaşın onun qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə “Mersedes Benz C220” minik markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Hacıqayıb kənd yolu istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Beləlilklə də, “Vaz 2109” markalı dövlət qeydiyyatı ** EK *** olan avtomobildə zərər sol qabaq qapı tərəfdən yetirildiyindən, X1 təqsiri sitisna olunmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP 71550794 seriyalı qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP 71550794 saylı qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP 71550794 qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar