Məhkəmə qərarları › İş №3(027)-283/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-283/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-283/2022 28.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X5, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Quba rayonu Çartəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Quba rayonu Çartəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 25.08.2015-ci il tarixli, 2(027)- 2099/2015 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən 28 mart 2022-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin 25.08.2015-ci il tarixli, 2(027)- 2099/2015 saylı icra sənədinə əsasən borclu Şəxs 15.03.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 22.07.2015-ci il tarixdən başlayaraq hər ay cəmi 100 manat sabit pul məbləğində aliment tələbkar X3 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına 07.10.2015-ci il tarixdə daxil olmuş və oanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi qismən təmin etmişdir. Ona görə də tələbin borclunun əmlakına və digər gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məlumat üçün bildirirəm ki, hazırda borclu Şəxs bu vaxta qədər 1205 manat ödəniş etmişdir. İcra sənədi üzrə aliment borcu 6975 manat təşkil edir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin 25.08.2015-ci il tarixli, 2(027)- 2099/2015 saylı icra sənədinə əsasən ondan bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment alınıb tələbkar X3 verilməlidir. O, həmin icra sənədini icra etməkdən boyun qaçırmamış, aliment borcundan imkanı olan qədər ödəniş etmişdir. Əvəllər məhkumluq həyatı yaşadığı üçün iş tapmaqda çətinlik çəkdiyini, məşğulluqda qeydiyyata durduğunu lakin aliment borcu ilə əlaqədar məsuliyyətdən qorxduğundan tez-tez yaşayış yerini dəyişdirməklə aliment borcunu ödəməkdən yayındığını, maddi imkanı ilə əlaqədar ödəniş edə bilmədiyinə görə hazırkı aliment borcu yaranmışdır. Borcunu ödəməkdən imtina etmir, aliment borcunu maddi imkanı olduğu təqdirdə hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsinin 25.08.2015-ci il tarixli, 2(027)-2099/2015 saylı icra sənədinə əsasən borclu Şəxs 25.08.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 100 manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Borclu Şəxs axırıncı dəfə 2016-cı ildə aliment ödənişi etmiş, həmin vaxtdan sonra aliment ödəməmiş, ondan əvvəl də aliment məbləğini tam ödəməmişdir. Himayəsində olan uşaq böyüdükcə onun tələbatları da artır, onun gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkir. Həmçinin uşaq qan xərçəngi xəstəliyindən əziyyət çəkir və onun müalicəsinə çəkilən xərcləri ödəməkdə də çətinlik çəkir. O, borclu tərəfindən aliment borcunun tam ödənilməsini istəyir, borclu isə müəyyən olunan aliment məbləğini ödəmək isətmir, müxtəlif bəhanəlr edir. Ona görə də qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2099/2015 saylı, 25 avqust 2015-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 22.07.2015-ci il tarixdən başlayaraq 15.03.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər cəmi 100 manat sabit pul məbləğində aliment tutulub X3 verilməlidir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, baxmayaraq o, məsuliyyətdən yayınmaq məqsədi ilə tez-tez yaşayış yerini dəyidirmiş ona görə də barəsində axtarış elan olunmuş və axtarış nəticəsində saxlanılaraq Quba rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli hazırkı qərarın elan olunduğu 28 mart 2022-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 28 mart 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar