Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-283/2025 17.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB-nin Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsilə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, əsassız olduğuna görə Quba RPŞ DYPB-nin YPX inspektoru X4 19.03..2025-ci il tarixli TP ******* qərarı ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 mart 2025-ci il tarixdə səhər saat 15-45-də şəxsi işi ilə əlaqədar idarə etdiyi özünə məxsus BMW 320 markalı ** CC *** dövlət nömrə nişanlı avtomaşınla Quba şəhərinin H.Əliyev prospekti ilə dairəvi yolu keçib «İrşad-Elektroniks » adlı mağazanın qarşısından yavaş-yavaş keçirdi. Bu zaman arxasından YPX inspektoru xidməti avtomaşınla gəlib onu saxlatdırıb və bildirmişdir ki, dairəvi yolu dayanmadan keçməklə guya yolayrıcını keçmə qaydalarını pozmuşdur. Halbuki o, yolayrıcına daxil olarkən orada yol boş olmuş, eyni yola başqa istiqamətdən heç bir avtomaşın daxil olmamışdır, buna görə də yoluna qaydaya uyğun olaraq dayanmadan yavaş sürətlə davam etmişdir. Bu zaman YPX inspektoru «Əli Ticarət» Mərkəzinin qarşısındı dayanmışdı və aralıdan onun istiqamətə baxmışdır. O, heç bir qayda pozuntusu törətmədiyini bildirərək etiraz etmişdir. YPX-nin inspektoru demişdir ki, güya xidməti avtomaşının kamerası ilə hərəkətini çəkmişdir, ona görə 150 manat cərimə olunmalıdır. Cərimə edilməməyi üçün 75 manat məndən pul istəmişdir. O, yol hərəkəti qaydasını pozmadığı üçün təbii ki, ona heç bir pul verməmişdir və ondan videoçəkiliş materiallarını sübut üçün tələb etmişdir. Çünki dairəvi yolda videoçəkiliş kamerası quraşdırılmışdır. Lakin heç bir videoçəkiliş materialı təqdim etmədi. Ona görə avtomaşınını idarə edərək çıxıb evə getmişdir. Sonra telefonuna SMS gəlmişdir ki, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə DYPB-dən barəmsində qəbul olunmuş inzibati xəta barədə qərarın surətini götürmüşdür və həmin qərar əsassız olduğundan məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Həmin qərarı aşağıda göstərilən səbəblərdən əsassız və qanunsuz hesab edir. Onun keçdiyi yolayrıcı video müşahidə qurğusunun nəzarəti altındadır. Hərəkətində bir pozuntu olubsa, mütləq həmin müşahidə kamerası tərəfindən qeydə alınmalı idi. O, da buna görə video görüntü materiallarını YPX inspektorundan tələb etmişdir, lakin ona materiallar təqdim edilməmişdir. Xidməti maşının çəkdiyi görüntüdə isə onun yol hərəkəti qaydasını hansı şəkildə pozmağı aydın görünmürdü, yalnız avtomaşınının yan tərəfdən keçməyi görünürdü. Ona görə də onun haqqında qəbul edilmiş qərar ləğv edilməklə barəsindəki inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdi. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB-nin məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə “BMW 320” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Heydər Əliyev prospekti yolu istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta üzrə video görüntüdə dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan nəliyyat vasitəsinin dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədiyi müəyyən olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞnin DYP-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-283/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-283/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver