Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-284/2022 29.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fəhlə, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Orucov X8 Rayon Məhkəməsinin 14.05.2018-ci il tarixli 2(074)-752/2018 nömrəli icra sənədini tam icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X2 göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 14.05.2018-ci il tarixli 2(074)-752/2018saylı “icra vərəqəsi”-nə əsasən borclu Şəxs 01.06.2009-cu il təvəllüdlü X4, 07.12.2010-cu il təvəllüdlü X5 və 11.09.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa 70 manat olmaqla cəmi 210 manat sabit pul məbləğində tutulub tələbkar X9ma verilməlidir. Belə ki, borclu X7 icra vərəqini tam icra etməmişdir. Hal-hazırda, onun 4620 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o məhkəmə qətnaməsilə təyin edilmiş alimenti verməkdən yayınmır, lakin həmin borc məbləğiylə razılaşmır, belə ki, kiçik qızından başqa digər övladları onun yanında olub. 2020-ci ilin may ayından uşaqlar analarını yanına gediblər. Ondan sonra da övladları onun yanında müxtəlif vaxtlarda aylarla yaşayıblar.Tələbkar ilə razılaşıblar ki, o, 2022-ci ilin yanvar ayından başlamaqla aliment ödəyəcək. Hal-hazırda onun mart ayı da hesablanmaqla üç ay aliment borcu var, həmin borcu qısa zamanda ödəyəcək. Məhkəmədə məlum oldu ki, zərərçəkən şəxs (tələbkar) X15 Rayon Məhkəməsinin 14.05.2018-ci il tarixli 2(074)-752/2018 saylı “icra vərəqəsi”-nə əsasən borclu Şəxs aliment üzrə yaranmış son üç ayın pulunu tələb etməsi barədə Quba rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edib. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-284/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsinin 14.05.2018-ci il tarixli 2(074)-752/2018 saylı “icra vərəqəsi” Quba Rayon İcra və Probasiya Şöbəsinə 07.01.2022-ci il tarixdə daxil olub və borclunun inzibati xəta haqqında protokolda qeyd edildiyi kimi borcu 4620 manat deyil, əslində 2022-ci ilin mart ayı da hesablanmaqla cəmi 620 manat təşkil edir. Şəxs həmin aliment borcunu ödəməkdən qərəzli olaraq imtina etmir və qısa zamanda aliment borcunu, yəni 620 manat pulu ödəyəcəyini bildirmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-284/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-284/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-284/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-284/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver