Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-285/2022 11.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X4 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş TP ******* nömrəli, 21 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X2 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş TP ******* nömrəli, 21 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X5 göstərdi ki, 03.01.2022-ci il tarixdə Quba-Qəçrəş yolunun üzü Quba istiqamətində idarə etdiyi “VAZ 21074” markalı, 90FC714 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Aynur” restoranının qarşısında əks istiqamətdən gələn və avtomobilin əlverişsiz hava şəraitinə uyğun olmayan sürətdə idarə olunan “Toyota Prius” markalı, 99PX466 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirərək buzlu yolda sürüşməsi və əks istiqamətə çıxması nəticəsində onunla toqquşmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Qeyd edir ki, əks istiqamətdən gələn “Toyota Prius” markalı avtomobilin idarəetməni itirdiyini, onun yoluna çıxdığını gördüyü anda “X9” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq bütün zəruri tədbirləri görsə də, məsafə az olduğundan, həmçinin həmin avtomobil nəqliyyat vasitəsinin sürət həddinin yüksək olması səbəbindən hadisənin qarşısını ala bilməyib. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozaraq xidməti maşınlarından belə düşməmiş, hadisəni araşdırmadan əsassız olaraq onu inzibati məsuliyyətə cəlb etmişlər. O, polis əməkdaşlarından dəfələrlə öz xidməti səlahiyyətlərindən istifadə edərək hadisəni hərtərəfli və obyektiv araşdırmalarını, bundan sonra qanuni və əsaslandırılmış protokol tərtib etmələrini tələb etsə də onlar bu tələblərə məhəl qoymayaraq sənədlərlə birlikdə hadisə yerindən uzaqlaşmışlar. Həmin qərar tərtib olunarkən işin faktiki halları təhrif olunmuş və guya o qarşı zolağa çıxmaqla hadisə törətmişdir. Belə bir qanuna zidd şəkildə tərtib olunmuş protokola görə isə hadisədə təqsirkar olan şəxs məsuliyyətdən kənarda qaldığı halda, heç bir təqsiri olmayan şəxs inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Sözügedən qərarı elektron qaydada 12.01.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİə ünvanladığı şikayət ərizəsi ilə mübahisələndirdiyinə görə, tətbiq olunan prosessual müddəti ötürməmişdir, lakin polis əməkdaşlarının hərəkətsizliyi nəticəsində işin hazırki mərhələsində məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hadisədən sonra onun avtomobilinə də kifayət qədər məbləğdə ziyan dəydiyi halda, polis əməkdaşının qanunsuz qərarına görə həmin ziyanı özü qarşılamalı, digər sürücü isə heç nə baş verməmiş kimi məsuliyyətdən kənarda qalacaqdır. Göstərilənləri nəzərə alaraq, Quba rayonu YPX əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş TP ******* nömrəli, 21 yanvar 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinə məlumat verilsə də, məhkəmə iclasına Quba rayonu PŞ-nin rəsmi nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Quba rayonu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən X2 rayonu, Qəçrəş İƏD, Qımıl-Qazma kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin DYPB-nin polis kapitanı X3 tərəfindən X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 21 yanvar 2022-ci il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin DYPB-nin polis kapitanı X1 TP ******* nömrəli, 21 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-285/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-285/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver