Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-286/2021 08.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şəxs-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs-i haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X3 Mallar Üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən e t d i: Azərbaycan Respublikasının Dövlət X5 Mallar Üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 10 mart 2021-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1177 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurasında rəsmiləşdirilən Rusiyada fəaliyyət göstərən “Avtoeksport” şirkətindən ünvanına gələn 1 ədəd “URAL 4320-NEXT” markalı avtosəbəti Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 05 mart 2021-ci il tarixdə “Samur” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə “Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli, malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Belə ki, 34/012/000677 nömrəli 10.03.2021-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildirilir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələn 1 ədəd “URAL 4320-NEXT” markalı avtosəbət **********1177 sorğu nömrəli gömrük bəyyanməsi ilə bəyan edilmiş, idxalçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********1177 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan və **********1177 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələn 1 ədəd URAL 4320-NEXT” markalı avtosəbət “Samur” gömrük postunun 05.03.2020-ci il tarixdə keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs” MMC-nin təsisçisi X4 izahat verərək göstərdi ki, 26 ildir ki təsis etdiyi müəsissə vasitəsi ilə xaricdən müxtəlif mallar, əsasən kənd təsərrüfütında istifadə olunan texnikalar və onların ehtiyyat hissələrini ixrac edir. Sözügüdən 1 ədəd buraxılış ili 2021-ci il, “xxxx” markalı avtosəbəti müqavilə əsasında Rusiya Federasiyasında fəaliyyət göstərən “Avtoeksport” şirkətindən müqavilə əsasənda sifarış vermişdir. Həmin müqavilənin şərtlərinə əsasən sifariş olunan buraxılış ili 2021-ci il, “xxxx” markalı avtosəbəti təsis etdiyi MMC-yə Bakı şəhərində təhvil verilməsi nəzərdə tutulmuşdur. Avtosəbət özüyeriyən nəqliyyat vasitəsi olduğu üçün 05.03.2021-ci il tarixdə “Samur” gömrük postundan keçərkən avtosəbəti idarə edən sürücü nə təsis etdiyi Şəxs-nin əməkdaşalrına nədəki brokerlik müqaviləsi əsasında xidmət göstərən “xxxx” MMC-nin əməkdaşlarına məlumat vermədən gömrük postunu keçməklə nəzərdə tutulmuş vaxtdan da iki gün əvvəl Bakı şəhərinə gəlmişdir. Şəxs-nin səlahiyyətli əməkdaşalrı mütamadi olaraq “xxxx” MMC-nin əməkdaşlarına buraxılış ili 2021-ci il, “xxxx” markalı avtosəbətin qısa gömrük bəyannamənin göndərilməsi barədə bildirsələr də həmin “xxxx” MMC-nin əməkdaşları, buraxılış ili 2021-ci il, “xxxx” markalı avtosəbət hələ gömrük postuna çatmadığını bildirmişlər. Belə olan təqdirdə təsis etdiyi Şəxs-nin ınzibati xəta törətmədiyni, müqavilə əsasında “xxxx” MMC-nin əməkdaşları gömrük prosedurlarını həyata keçirtdiyindən həmin “xxxx” MMC məsuliyyət daşıdığını bildirmişdir. Belə olan halda inzibati xətanı törədən subyekt kimi “xxxx” MMC-ni cəlb edilməsini, Şəxs-nin inzibati xətanı törədən subyekt kimi cəlb edilməməsini və barələrində tərtib edilmiş protkola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X3 Mallar Üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsasən gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. -Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir. -Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. -Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. -Müvafiq icra hakimiyyəti orqanı gömrük brokerlərinin dövlət reyestrini müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir, rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir. Həmin Məcəlləsinin 148.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. İş materiallarında olan 146/02/20 saylı müqavilədən görünür ki, sifarişçi “xxxx” MMC ilə gömrük təmsilçisi “xxxx” MMC arasında 05 iyun 2020-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin predmeti əsasən gömrük təmsilçisi sifarişçinin tapşırığı ilə malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması yaxud tranziti ilə əlaqədar olaraq gömrük rəsmiləşdirilməsində birabaşa və ya dolayı təmsilçiliyin həyata keçirilməsi ilə bağlı işləri görür. Sifarişçi isə Gömrük təmsilçisinin gördüyü işin müqabilində bu müqavilə ilə müəyyən edilən haqq və xidmətin göstərilməsi ilə bağlı Gömrük təmsilçisinin çəkdiyi xərcləri ödəməyi öhdəsinə götürür. İş materillarında olan Gömrük bəyannaməsinin 50-ci qrafasından da görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin brokeri “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə “xxxx” MMC arasında qüvvədən olan brokerlik müqaviləsi vardır və gömrük prosedurlarını həyata keçirtməkdə cavabdeh “xxxx” MMC-dir. Həmin inzibati xətanın törədilməsində Şəxs-nin aidiyyəti olmadığından, təqsirliliyi sübuta yetirilmədiyindən və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikasının Dövlət X3 Mallar Üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 485.2, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X3 Mallar Üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-286/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-286/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver