Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-287/2022 28.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və Quba şəhəri, 29-cu məhəllədə yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 26 mart 2022-ci il tarixdə saat 21:30-da Quba şəhərinin Soyqırım Memorial kompleksinin yaxınlığında üzərində 0,347 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, narkotik vasitə istifadəçisidir. Xalası oğlu X5 məxsus avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə ona məxsusdur. Qeyd olunan narkotik vasitəni 2 ay əvvəl Bakı şəhəri Əhmədli qəsəbəsindən tapmış və özündə istifadə etmək üçün saxlamışdır. 26 mart 2022-ci il tarixdə saat 21 radələrində üzərində olan narkotik vasitəni Fərrux Abasovla birlikdə istifadə etmək məqsədilə Quba şəhəri Sosial Momeril kompleksinin yaxınlığına gəlmiş, burada istifadə etmək istədikdə mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və hadisə yerinə RPŞ-nin digər əməkdaşları dəvət edilmişdir. Qeyd olunan tarixdə RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik maddələrin istifadəsində şübhəli olduğunu bildirmiş və şübhəli şəxs qismində tutmuşlar. Hadisə yerində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şəxs narkotik vasitəni xalası oğlu Fərrux Abasovun avtomobilində saxladığını bildirmiş və polis əməkdaşlarına təqdim etmişdir. X5 məxsus ** LB *** dövlət nömrə nişanlı Mersedes markalı avtomobilə baxış keçirilən zaman salonda, sürətlər qutusunun üzərindən 2 ədəd bükülüdə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Avtomobildən aşkar edilərək götürülmüş həmin kütlə elektron tərəziyə qoyularaq ölçülmüş, çəkisi 3.1 qram olmuş sonra isə həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Polis şöbəsində bu barədə protokol tərtib olunmuş və o, da həmin protokolun doğruluğunu imzalamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs 26 mart 2022-ci il tarixdə saat 21:30-da Quba şəhərinin Soyqırım Memorial kompleksinin yaxınlığında üzərində 0,347 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, 01 ədəd zərfdə olan təmiz çəkisi 0,347 qram narkotik vasitə sayılan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təchizat Xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2022-ci il tarixli, 7/291 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ‘‘Şəxs...” bir ədəd kağız paketdəki: 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,238 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01 (bir) ədəd kağız bükümdə ümumi çəkisi - 0,244 qram tütünlə qarışıq kütlədə, təmiz çəkisi-0,109 qram, olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla haırlanmış narkotik vasitə qurudulmuş- marixuanadır. Marixuanaların ümumi çəkisi-0,347 qramdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs oğlunun barəsində həbs etmənin 28 mart 2022-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs oğlunun üzərindən aşkar olunmuş 01 ədəd zərfdə olan təmiz çəkisi 0,347 qram narkotik vasitəqurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-287/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-287/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver