Məhkəmə qərarları › İş №3(027)-287/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-287/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-287/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şəxs MMC direktoru X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə xx.xx.2025ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində Quba rayonu, Pirvahid kəndi ərazisində Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi “Daf" markalı, 77RF333/99YF034 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindəki Türkiyə Respublikası, Mersin vilayəti, Tarsus şəhərində qeydiyyatda olan “X5 Tar.Hayvan.Oto.Paz.San.ve Tic.Ltd.Şti”-dən, Azərbaycan Respublikası, ünvan 1 ünvanında geydiyyatda olan "xxxx" MMC-nin ünvanına idxal olunan xx.xx.2025ci il tarixdə **********9628 saylı gömrük bəyannaməsi ilə bəyan olunan “alma tingləri” yükünə keçirilmiş gömrük yoxlaması zamanı, gömrük nəzarətinə bəyan olunmayan 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi, 1500 ədəd gilas tingi aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alaraq, əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi “Azərekspertiza” Birliyinə həvalə olunmuşdur. Azərekspertiza Birliyinin xx.xx.2025-ci il tarixli. 004/25-X saylı ekspertiza aktına əsasən, tədqiqata təqdim olunmuş tinglərin orta bazar qiyməti 18785 manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasında Şəxs MMC direktoru X4 bildirmişdir ki, protokolda qeyd olunan tinglər Türkiyə Respublikasında olan zaman səhv olaraq ona məxsus MMC-nin avtomobilinə yerləşdirilmişdir. Bu barədə gömrük yoxlaması zamanı məlumatı olmuşdur. Ona görə də, protokolda qeyd olunan tinglər gömrük bəyannaməsində qeyd olunmamışdır. MMC-yə məxsus avtomobil 15.000 alma tingi gətirməli olmuşdur. Avtomobildə aşkar edilmiş tinglər MMC-yə məxsus deyildir. Gürcüstan Respublikasına aparılmalı tinglər yalnışlıqla MMC-yə məxsus avtomobilə yerləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verilməmiş və vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməlləri düzgün olaraq İXM-nin 482.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-nə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar nəzərə alınmaqla inzibati xəta törətmiş Şəxs MMC barəsində müsadirə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikas İXM-nin 482.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və gömrük nəzarətinə bəyan olunmayan 3800 ədəd xurma tingi, 510 ədəd şaftalı tingi, 1500 ədəd gilas tingi müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar