Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-288/2025 07.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: 3PMCKGQ, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs basində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə və Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:49 radələrində Quba rayonu, İİ Nügədi kənd sakini bacısı X3 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində Quba rayonu 2-ci Nügədi kəndində atalarma məxsus evin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs bacısı X3 döymüşdür, ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o bacısı Rayanı döyməmiş, ona xəsarət yetirməmişdir. Əksinə atasının həyətinə gedəndə bacısı onun üstünə cummuş, onun saçlarından tutub dartmış, onu təhqir etmişdir, o da özünü müdafiə etmişdir. Lakin bu vaxt bacısının sifət - nahiyəsinə xəsarət yetirməsini xatırlamır. O, oğlu Pünhanın avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Aralarındakı mübahisə təxminən 3 dəqiqə davam etmişdir. PŞ-də aparılmış təhqiqatın nəticəsinə görə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin həmin qərar ona təqdim edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, bacısı Şəxs tərəfindən Quba rayonu İkinci Nügədi kəndində yerləşən atasına məxsus yaşayış olmayan evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində döyülməsi izahatlar, ekspertiza rəyi və digər təhqiqat sənədləri ilə təsdiq edilmişdir. Ona çoxlu sayda bədən xəsarətləri yetirmişdir. Buna baxmayaraq onun şikayətinə düzgün baxılmamış, heç bir araşdırma aparılmamışdır. Dəfələrlə PŞ-nə getsə də, təhqiqatçının qəbuluna düşə bilməmişdir. Ona görə də nə ekspertizanın rəyi ilə, nə də Quba rayon Polis şöbəsinin TB-nin baş təhqiqatçısı Mübariz Zəkəryəyevin qərarı ilə razı deyil, cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 mart 2025-ci il tarixli qərarı ona təqdim edilməmiş, həmin qərardan şikayətçidir, işin yenidən araşdırılmasını tələb edir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 166 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarətlər- sifətində solda çoxsaylı sıyrıq küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir. Bu xəsarətlər müxtəlif vəziyyətdə və şəraitdə əmələ gələ bilər, o cümlədən qərarda göstərilən vəziyyətdə əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 mart 2025-ci il tarixli qərardan göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməsi, qərarın surəti inzibati təsir tədbiri görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, araşdırma tam, hərtərəfli və obyektiv aparılması təmin olunmamış, zəruri olan bütün prosessual hərəkətlər icra edilməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında inzibati material protokol tərtib edən orqana geri qaytarılmalıdır. Belə ki, iş materialında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 28 mart 2025-ci il tarixli qərarından görünür ki, X2 müracəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olmadığı, AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilməsi, həmçinin qərarın surəti Quba rayon prokuroruna və maraqlı tərəflərə gondərilməsi qərara alınmışdır. Araşdırma zamanı tərəflər dindirilərkən məlum olmuşdur ki, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə təqdim edilmədən inzibati protokol tərtib edilmiş və zərərçəkmiş şəxs həmin qərardan şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə belə hesab edir ki,cinayət işinin başlanması rədd edilsə də, qərarın surəti proses iştirkçıları tərəfindən rəsmi qaydada alınmadığından, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol və toplanmış material Quba RPŞ-nə geri qaytarılsın. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-288/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-288/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver