Məhkəmə qərarları › İş №3(027)-294/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-294/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-294/2024 29.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialla baxaraq m ü ə y y ə n e t d i m: Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 29 mart 2024-cü il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların baxılması üçün hazırlanması zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinin tələblərinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 mart 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs məxsus kütlənin narkotik vasitə olub-olmamasını müəyyən olunması üçün 26 mart 2024-cü il tarixdə material üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 7/483 nömrəli rəyinə əsasən,Şəxs məxsus, 2 ədəd bükümdə təmiz çəkisi 0.58 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, barəsində İXMnin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. İnzibati materialdan göründüyü kimi, inzibati xəta haqqında protokola inzibati xəta törətmiş şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması barədə rəy əlavə olunmamışdır. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Quba rayon Polis şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və digər sənədlər geri qaytarılsın. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar