Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-295/2023 06.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Quba rayonu, Qımıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Quba rayonu. Qımıl kənd orta məktəbində müəllim işləyən, Quba rayonu, Qımıl kəndində qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Quba rayonu, Qımıl kəndində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs boğazından sıxıb ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 fevral 2023-ci il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin, İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 mart 2023-cü il tarixli, MN 1697875-1315 inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, Mahirlə mübahisələri suya görə olmuşdur. Heyvanlara su vermək üçün həmin gün o həyətindən keçən su borusunu açaraq su götürmüdür. Hava şaxtalı olduğundan su borusu donmuşdur. Mahirdə bir neçə adamla həyətinə gəlmiş və suyun donması barədə ona iradını bildirmişdir. O da öz növbəmdə ondan üzr istəməklə bunu qəsddən etmədiyini bildirmişdir. Bu zaman Mahir ona söyüş söymüş və aralarında sözlü mübahisə başlamışdır. Mahir onun yaxasından tutmuş bu zaman da o Mahirin boğazından tutaraq onu özündən kənarlaşdırmağa çalışmışdır. İnzibati xəta törətməsini qismən etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. O, Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Nəsimi onun həmkəndlisi və qonşusudur. Yaşadığı Quba rayonu, Qımıl kəndində özünə məxsus torpaq sahəsi və fərdi yaşayış evi var. Onun qonşuluğunda olan Nəsiminin həyətyanı sahəsindən onun yaşadığı fərdi yaşayış evinə su xətti gəlir. Nəsimi həmin su xətdinin açaraq onun həyətinə gələn su xətdi donmuşdur. Bu barədə Nəsimiyə iradını bildirdikdə Nəsimi ona kobud cavab vermişdir Bununla da aralarında sözlü mübahisə başlamış və Nəsimi onun boğazından tutaraq ona xəsarət yetirmişdir. Lakin mübahisə vaxtı o, Nəsimini vurmamış, onu özündən uzaqlaşdırmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-295/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-295/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver