Məhkəmə qərarları › İş №3(027)-297/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-297/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-297/2023 09.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Quba RMX-da həkim vəzifəsində işləyən, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2-2(119)-725/2022 saylı icra sənədini və Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 2(027)-480/2021 saylı icra sənədini icra etməmiş, icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddələ nəzərdə tutulan inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs X2 izahatında bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2- 2(119)-725/2022 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cəmi 5801 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Babaşov Kamran Orxan oğlu və xx.xx.2018-ci il təvəllüdlü Babaşov Kənan Orxan oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə daxil olmuş, qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. “Elektron icra” sistemində borclu, Şəxs bank hesabları, daşınar-daşınmaz əmlaklarının və rəsmi gəlirlərinin olmaması müəyyən edilmişdir. Borclu Şəxs bu günə qədər tələbkarın xeyrinə 1488 manat ödəniş etmiş və hal-hazırda 6312 manat məbləğində aliment borcu təşkil edir və "xxxx" MMC-nin hesabına heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2-2(119)-725/2022 saylı icra sənədinə əsasən 5801 manat məbləğində ödənişdən pandemiya ilə əlaqədar hər hansı məbləğ ödəməmişdir. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədinə əsasən o 2300 manat ödəniş etmiş, bu günə kimi 3700 manatdan yuxarı ödəniş olsa da, bütün məbləği birdəfəlik ödəmək iqtidarında deyil və qısa müddətdə yenə ödəniş edə bilər. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində Şəxs aliment borcunu ödəmədiyini və maddi cəhətdən pis vəziyyətdə olduğunu bildirmişdir. İlkin məhkəmə iclasından sonra, xx.xx.2023-cü il tarixdə 1268 manat aliment məbləği ödənsə də, borc çox olduğundan, qalıq məbləğində də ödənilməsini hazırda tələb edir. Ona görə də mümkün sərt cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Babaşov Kamran Orxan oğlu və xx.xx.2018-ci il təvəllüdlü Babaşov Kənan Orxan oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2- 2(119)- 725/2022 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cəmi 5801 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, eyni borlu barəsində olan icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədi xx.xx.2022-ci il tarixində icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2-2(119)-725/2022 saylı icra sənədi icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə və dəfələrlə borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, icra sənədini icra etməmişdir. Hər iki icra sənədi üzrə kifayət qədər ödənilməmiş borc məbləği vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən səmimi peşmançılığı və inzibati xətanın nəticələrinin qismən aradan qaldırılması məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 09 mart 2023-cü il, saat 15:00dan hesablanmalıdır.Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 mart 2023-cü il, saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar