Məhkəmə qərarları › İş №3(027)-3/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-3/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-3/2021 19.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə xx xxxxxx 1970-ci il tarixdə Quba rayonu, Tülər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Tülər kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Quba rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Quba rayon prokurorluğundan daxil olan inzibati xəta haqqında materiala əsasən, Quba rayonu, Tülər kənd sakini Şəxs işlətdiyi taxta emalı sexinə baxış keçirilən zaman qanunsuz yolla əldə olunmuş odun materialı aşkar edilməsi və ümumilikdə təbiətə 7452,65 manat məbləğində ziyan vurulması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən rayon prokurorluğuna göndərilmiş material araşdırılaraq qanuni qərar qəbul edilməsindən ötrü Quba RPŞ-yə göndərilmiş və RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs müvafiq qaydada qeydiyyata alınmasını təmin etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq heç bir icazəsi olmadan Quba rayonu, Tülər kəndində yerləşən evində taxta sexi işlətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tədbir görülməsi məqsədilə inzibati icraat açılması məsələsinə baxılmasından ötrü toplanmış material və qəbul edilmiş qərarın surəti Quba rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Quba rayon Tüləkəran bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 36 və 37 saylı arayışlaran görünür ki, Baxışov X1. Ona məxsus taxta sexində aşkarlanmış palıd, vələs və armud ağacları vətəndaşa məxsus həyətyanı torpaq sahəsindən kəsilmiş, taxta sexində aşkarlanmış 10 kub metr ağac tullantıları, Tülər kənd sakinləri X2 məxsus həyətyanı sahədən kəsilmiş 3 ədəd qovaq, X3 məxsus həyətyanı sahədən kəsilmiş 4 ədəd qoz ağacına məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4856 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı nə yoxlama aktı, nə də aparılmış əməliyyatlara dair mühasibat sənədləri mövcud olmadığından ekspert qarşısında qoyulan sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş materiallarında maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı nə yoxlama aktı, nə də aparılmış əməliyyatlara dair mühasibat sənədləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz yollda odun materialı əldə etməsi və təbiətə ziyan vurması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə Quba rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar