Məhkəmə qərarları › İş №3(027)-30/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-30/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-30/2025 28.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində “VAZ 21214 “Lada-Vaz-Niva” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobil vardır. xx.xx.2024-ci il saat 13:00 radələrində DYPİ-nın Quba rayon Polis Şöbəsinin əməkdaşları Quba şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən İXM-nin 338.3cü maddəsinin bəndlərinə görə sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasınına görə 30 manat məbləğində cərimə edərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında Qərarlarda olan heç bir qanun pozuntusuna yol verməmişdir və tərtib edilmiş qərar əsassız olmaqla qəbul edilmişdir. O, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozmamış və onun idarə etdiyi avtomobildə ondan başqa heç kimə olmamış və qərar əsassız və qərəzli olduğundan silinməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 30 (otuz) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə- otuz manat məbləğində cərimə edilir. Təqdim edilmiş görüntüdə sürücünün “VAZ 21214” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən düşərkən avtomobilin qapısının hərəkətdə olan nəqliyyat vasitəsinin sağ hissəsi ilə təmasda olması müəyyən olunur. X2 şikayətini sürücü olmaqla sərnişin kimi müəyyən edilmiş qaydaları pozmadığı ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, avtomobil işlək vəziyyətdə olmadığı zaman, sürücü artıq inzibati xəta subyekti baxımından sərnişinə çevrilir və nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarına riayət etməməsi inzibati xətanı istisna etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞnin DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati qərar hüquqi və faktiki əsaslar olmaqla, habelə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar