Məhkəmə qərarları › İş №3(027)-301/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-301/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-301/2023 17.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.8-ci maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində idarə etdiyi “FAW CA7165AT4” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhərinin 223-cü X11 ilə Cəfər Cabbarlı küçələrinin kəsişəcəyində Mercedes-Benz markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşması nəticəsində Şəxs, X3 və X2 müxtəlif bədən xəsarətləri almışdır. Bu barədə Quba RPŞ-nin X13 Bölməsinin əməkdaşı X1 Seymur Akif oğlu barəsində xx.xx.2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, В dərəcəli sürücülük vəsiqəsi və etibarnamə ilə FAW markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 05 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi həmin avtomobillə Quba şəhərinin C.Cabbarh küçəsi ilə “Mübariz Petrol” YDM tərəfdən gəlib 223-cü X11ni düzünə ötüb keçmək istəmiş, həmin küçə Quba rayonundan Qusar rayonuna gedən yoldur. Buna görə də yol kənarında dayanıb yoldan ötən avtomobilləri buraxmışdır və sonda sol tərəfdən, yəni Qusar rayonu istiqamətindən gələn avtomobili də buraxıb 30 km/saat sürətlə yola çıxaraq əks tərəfə keçmək istəmişdir. Həmin vaxt ani olaraq sağdan, yəni Quba şəhəri istiqamətindən gələn ağ rəngli mikroavtobusu görməmişdir. Hava qaranlıq olmuş, yolun işıqlanması olmamış, əks tərəfdə başqa bir avtomobil də dayanıb yola çıxmaq istəmişdir. Həmin avtomobilin işıqları da yanılı olmuş, işıqlardan yol dumanlı görünmüş və hava qarlı olmuşdur. Buna görə də sağdan gələn mikroavtobusu görə bilməmişdir və yolu keçmək istədikdə sağ tərəfdən gələn mikroavtobus onun avtomobilinin sağ qabaq hissəsi ilə toqquşmuşdur, nəticədə avtomobilləri əzilərək yoldan çıxmışlar, özü də xəsarət almışdır. Mikroavtobusun sürücüsünü tanımır. Hadisə vaxtı avtomobilində tək olmuşdur, ayıq vəziyyətdə olmuşdur Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.8-ci maddələri327.1, 332.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 327.8-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.8ci maddədə nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar