Məhkəmə qərarları › İş №3(027)-301/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-301/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-301/2025 08.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Quba RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cü il tarixdə Quba rayonu, Timiryazev qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Quba RPŞ-dən Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40 radələrində özünə məxsus idarə etdiyi “VAZ 21074” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən vaxt ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, əhaliyə və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmaqla avtoxuliqanlıq etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yaşadığı evin qabağında kanalzasiya quyusu olduğundan quyuya düşməmək üçün avtomobilini sağa döndərmiş yer qar olduqundan avtomobili sürüşmüşdür. Onun əməlində avtoxuliqanlıqın tərkibi olmamışdır. Eyni zamanda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək, onun əməlində avtoxuliqanlıqın tərkibi olmamışdır, həmin protokolda qeyd olunan hadisə 23 yanvar 2024-cü il tarixində baş vermişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsinin tərkibi yoxdur, ona görə ki, evinin qabağında kanalzasiya quyusu olduğundan quya düşməmək üçün avtomobilini sağa döndərmiş yer qar olduqundan avtomobili sürüşmüşdür. Bundan başqa qeyd edilən inzibati xəta ilə bağlı bir il müddətində qərar qəbul edilməzsə müddət ötürülmüş hesab olunur. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi ilə 17 mart 2025-ci il tarixdə tərtib edilmiş protokola inzibati xəta haqqında qərar vermə müddəti bitdiyinə görə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı protokolu tərtib etmiş şəxs Quba RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X2 protokolda yazılanları təsdiq etmiş və bildirmişdir ki, məhkəməyə təqdim olunan videogörüntülər Tik-Tok sosial şəbəkəsindən əldə edilmiş və bunun əsasında həmin protokol tərtib olunmuşdur. Xətanın nə baxt baş verməsini müəyyən etmək mümkün olmadığından prokolda xx.xx.2025-ci il gösətrilmişdir. İş materiallarına əlavə edilmiş diskdən və fotoşəkildən görünür ki, hadisə xx.xx.2024cü il tarixdə baş vermiş, inzibati xəta haqqında protokol məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş və hazırda hadisədən bir ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi həmin Məcəllənin “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar” fəslinə aid edilmişdir. Deməli həmin fəsildə nəzərdə tutulan xətaların törədilməsinə görə inzibato məsuliyyətə cəlb etmə müddəti xətanın törəfildiyi vaxtdan 4 ay keçənədək verilə bilər. Odur ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.3cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar