Məhkəmə qərarları › İş №3(027)-303/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-303/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-303/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında çıxarılmış qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 2000-ci ildə ünvan 1 ünvanında yaşayır. Hərdən Quba şəhərində avtomobili idarə etmək üçün valideyninə məxsus **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona etibarnamə verilmişdir. Azərbaycan Respublikasında yayılmış COVİD-19 (Koronovirus) Pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın məlumatına əsasən Nazirlər Kabinetinin yaşadığın evdən çıxmamaq barədə qərarına əməl edərək yaşadığı ünvan 3 mənzil 2 ünvanında olur. xx xxxxx 2020-ci il tarixdə telefonla gələn sms bildirişinə əsasən o, xx xxxx 2020-ci il tarixdə saat 10:54 **-EO-*** nömrəli avtomobillə Azərbaycan Respublikası İXM-nm 327.4-cü maddəsi ilə inzibati xəta törətdiyi üçün barəsində EQ ******* nömrəli protokol tərtib olunduğu, artıq ptorokol qərarlı statsunu aldığını və onu protokol üzrə 4 bal və 100 manat cərimə olunduğunu və həmin cəriməni ödəməli olduğu bildirilmişdir. O, xx xxxxx 2020-ci il tarixdə səhər vaxtı ünvan 3 mənzil 2 ünvanında olduğundan heç bir yerə getmədiyindən, həmin avtomobili də idarə etmədiyi, ona yazılmış cərimənin texniki səhv olduğunu düşünərək, protokolun hansı əsasla tərtib olunmasını öyrənmişdir. Nəticədə ona məlum olmuşdru ki, o, guya xx xxxxx 2020-ci il tarixdə 10:54:19 radələrində Bakı şəhəri Tbilis prospektində "Azercell” BM-nin qarşısında **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nın 327.4-cü maddəsinin tələbini pozaraq 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axının əks istiqamətdə hərəkət edərək inzibati xəta törətməyi qeyd edilmişdir. Bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın məlumatına əsasən Nazirlər Kabinetinin qərarına əsasən yaşadığın evdən bayıra yalnız xüsusi icazə ilə 2 saat sms göndərərək çıxmaq qadağası qüvvədə idi. O, texniki və fiziki cəhətdən də sms icazə ilə Bakı şəhərində gedə bilməzdi. Ona görə ki, nəinki yaşadığı Quba rayonu ərazisində yoxlama postlarından keçə bilməzdi, hətta Bakı şəhərinə çatmaq üçün rayonların çıxış və girişlərində qoyulmuş postlardan da keçə bilməzdi. Onun da həmin postlardan keçmək üçün xüsusi icazəsi yoxdur. Beləliklə göründüyü kimi, o, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Tbilis prospektində “Azercell” BM-nin qarşısında ola bilməzdi. Bu səbəbdən də barəsində yazılmış protokol və qərarı əsassız hesab edir. Şikayət verən şəxs X2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx xxxxx 2020-ci i tarixdə, saat 10:54-də Bakı şəhəri, Tbilisi prospektində “Azercell” BM-nin qarşısında **-EO-*** nömrəli “X6 Prado Mİ” markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərə tutulmuş inzibati xəta törədilmişdir və baza məlumatlarına əsasən X2 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar və protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərar və protokolun ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərar və protokolun ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol və qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozaraq həmin tarixdə xx xxxxx 2020-ci i tarixdə, saat 10:54-də Bakı şəhəri, Tbilisi prospektində “Azercell” BM-nin qarşısında **-EO-*** nömrəli “X6 Prado Ml” markalı avtomobillə üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçimiş, nəqliyyat axının əks istiqamətində hərəkət etmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar