Məhkəmə qərarları › İş №3(027)-303/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-303/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-303/2023 07.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Səfi oğlunun iştirakı ilə, xx.xx.1973-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Səfi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 07 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs Səfi oğlu xx.xx.2023-cü il tarixdə, axşam saat 20:30 radələrində Quba rayonu, Alpan kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs söyərək təhqir etmiş və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında bildirmişdir ki, Şəxs Səfi oğlu xx.xx.2023-cü il tarixdə axşam saat 20:30 radələrində Quba rayonu, Alpan kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs və onun aləsini söyüşlərlə təhqir etmiş və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Səfi oğlu özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 20:30 radələrində qaynıgildən gələrkən əlində olan fənərlə küçəyə və həmkəndlisi Mahirin yaşadığı evə işıq salmış və Mahir həyətə çıxaraq ona irad bildirdikdə aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı əsəbləşərək Mahiri söymüşdür. Həmin vaxt səs-küy olduğundan, Mahirin yoldaşı da gəlmiş və ona irad bildirmişdir. Hazırda əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəxs dəfələrlə belə hərəkətlər edərək onu və ailəsini narahat edir. Yaşadığı evin pəncərəsinə telefon işığı vurur və pəncərəyə daş atır. Həmin gündə o belə hərəkəti edən zaman o həyətə çıxıb onu tutmaq istəsə də qaçaraq, onu nalayiq söyüşlərlə təhqir etmişdir. Evdə anası, yoldaşı və uşaqları Faiqin hərəkətlərindən dəfələrlə narahatlıq keçirmişlər. Ona görə barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, Faiq daha əvvəl də bu cür hərəkətlər etsə də, ehtiyat edərək yoldaşına bu barədə deməmişdir. Faiqin həmçinin kənd camaatına qarşı da bu cür hərəkətlər etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, axşam saat 20:30 radələrində həmkəndlisi Faiq adlı şəxs yaşadığı evin həyətinə daxil olaraq fənərlə evinə işıq salmışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxslə birlikdə həyətə çıxarkən həmin şəxs həyətdən çıxıb qaçmışdır. Mahir arxasınca küçəyə çıxdıqda həmkəndlisi Faiq söyüşlərlə onları təhqir etmiş, evdə olan qaynanası və uşaqlar küçəyə çıxaraq narahatlıq keçirmişlər. Ona gər də barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Səfi oğlu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs Səfi oğlu barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 07 mart 2023-cü il saat 15:00dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Səfi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 6 (altı) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 07 mart 2023-cü il, saat 15:00-dan hesablansın. Şəxs Səfi oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar