Məhkəmə qərarları › İş №3(027)-307/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-307/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-307/2025 18.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi qaydada işləyən, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Qasımov X6 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(008)-5718/2022 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 24.01,2023-ci il tarixli, 2(008)- 5718/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməlidir.Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 24.01,2023-ci il tarixli, 2(008)- 5718/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artılaraq 2 uşağa görə 470 manat müəyyən olunmuşdur. Qeyd olunan icra sənədi şöbənin icraatına 21,02.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmış və borclunun adına heçbir əmlak aşkar olunmamışdır. İş üzrə borclu Şəxs aliment borcu üzrə bugünədək 8650 manat ödəniş etmiş hal-hazırda 4605 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədi barədə məlumatlıdır və bugünədək 8650 manat ödəniş etmişdir. Hazırda anasına məxsus qızılları lombarda qoymaqla pul götürmüş və borcundan 500 manat ödəniş edir. İcra sənədinin icrasından yayınmır və mütəmadi olaraq ödənişlər edəcəkdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 24.01,2023-ci il tarixli, 2(008)- 5718/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında qərar”ın surətindən göründüyü kimi, qeyd edilən icra sənədiləri üzrə həmin tarixdə icra işi başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən göründüyü kimi, Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(008)-5718/2022 saylı icra vərəqəsinin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, X2 icra sənədləri üzrə borclu olduğu borcundan 500 manat ödəniş etmişdir. İş materiallarında olan “Girov bileti”nin surətindən görünür ki, X3 qızıl girov qoymaqla 500 manat pul götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Belə ki, Şəxs icra sənədi üzrə 500 manat ödəniş etmiş və qalıq borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar