Məhkəmə qərarları › İş №3(027)-308/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-308/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-308/2024 15.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrilə tərtib olunmuş Quba RPŞ-in 2024-cü il tarixli qərarından şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayət ərizəsilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi haqqında Quba RPŞ nin DYPB-nin 2024-cü il tarixli N 3-13-16/1-6971 saylı qərarının ləğv edilib barəsində inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun “Qaz-31” markalı **-HP-*** dövlət qeydiyyat nişanli minik avtomaşını vardır. 21 oktyabr 2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi avtomaşınla Quba- Qusar yolu ilə hərəkət edərkən X8 əməkdaşları idarə etdiyi avtomaşını saxlayıb təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirib, alkoqoldan istifadə edib-etmədiyini xüsusi cihazla yoxlamışdılar və bildirmişdilər ki, spirtli içki qəbul edib. O isə spirtli içki qəbul etmədiyini bildirmişdi, lakin onlar protokol tərtib ediblər. O protokol ilə razı olmadığını bildirib, dərhal Quba rayon Mərkəzi Xəstaxanasına gələrək narkoloqa müraciət edib, sərxoşluq hallarının bütün növlərinin təyin edilmə məqsədi ilə aparılan tibbi müayinədən keçmişdi. Onun müayinədən keçməyi barədə xx.xx.2023-cü il saat 09:55-də protokol tərtib edilmişdi. Nəticədə onun alkoqol qəbul etməyi bağlı əlamətlərin olmaması barədə rəy verilmişdi. Tibbi müayinədən keçdikdən sonra tərtib edilmiş müayinə protokolunu X8 İdarəsinə təqdim etmiş, lakin onun təqdim etdiyi protokola əhəmiyyət verməmişdilər.Ona görə də, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərində Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verib, lakin ona şikayətinin nəticəsi barədə məlumat verilməmişdi. Yalnız xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli Qərarı təqdim etmişdilər və həmin qərarla AR İXM-nin 329.1 və 333.1 -ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə olunmağı bilinmişdi. O Quba rayon Polis Şöbəsinin 13 noyabr 2023-cü il tarixli qərarı ilə razılaşmamış, həmin Qərardan Quba Rayon Məhkəməsinə Şikayət ərizəsi vermişdi və Quba rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli Qərarı ilə Quba RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilib inzibati xəta haqqında işə yenidən baxılması üçün Quba rayon Polis Şöbəsinə qaytarılmışdı. Lakin Quba rayon Polis Şöbəsi heç bir araşdırma aparmadan tarixi olmayan 2024-cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati ətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri üzrə iş subuta yetirildiyini qeyd edərək, yenidən 400 manat məbləğində cərimə edilmişdi. Quba rayon tarixi olmayan qərarında onun hansı əsaslarla, hansı sübutlarlarla AR İXM-nin 329.1 və 333.1 -ci maddələri və nəzərdə tutulan inzibati xətaları törətməyimi belə qeyd edilməmişdir. 04 dekabr 2023-cü il tarixdə qəbul edilmiş qərar işdə olan xx.xx.2023-cü il tarixli sərxoşluq hallarını müayinə edilməsinə dair rəydən aşkar olur ki, onda sərxoşluq əlamətləri aşkar edilməmişdir. O qeyd edilən qərarla razılaşmır, qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək qeyd edilən protokolun və qərarın ləğv edilməsini, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Azərbaycan Respublikası DİN QRPŞ DYPB nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı və inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 3(027)- 2388/2023 saylı qərarı ilə X5 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba RPŞ-nə göndərilmişdir. İş materiallarında olan Quba rayon MX-nın 21 oktyabr 2023-cü il tarixli 101 nömrəli “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi” protokolundan görünür ki, X1 əlamətləri aşkar edilməmişdir. O ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN Quba RPŞ DYPB-nin qəbul edilmə tarixi dəqiq qeyd olunmayan 2024cü il tarixli, N 3-13-16/1-6971 saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrilə nəzərədə tutulmuş xəta törətməsilə nətəcələnməsi müəyyən edilmiş və 400 manat cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, inzibati xəta haqqında iş baxılmağa hazırlanarkən “AsanPay” rəsmi internet saytında İXP ******* saylı protokol üzrə cərimənin yoxlanılması zamanı X3 400 (dörd yüz) manat cərimə olunduğu, hal-hazırda dəbbə ilə birlikdə 640 manat olduğu müəyyən olunmuşdur. İş materiallarında olan “Müharibə veteranı” vəsiqəsinin surətindən göründüyü kimi, X3 müharibə veteranı kimi qanunvericiliklə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, DİN Quba RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrilə təqsirli bilinərək, 400 manat cərimə edilməsi qərara alınmış, T.Həmzəyev həmin qərarla razılaşmayaraq, qərarın ləğv edilməsi barədə Quba Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(027)- 2388/2023 saylı qərarı ilə ləğv edilərək, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin Quba rayon polis şöbəsinin DYPB-ə göndərilmişdir. İş yenidən araşdırılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X5 barəsində 400 manat məbləğində cərimə tənbeh verilməsi barədə 2024-cü il tarixli, N 3-13-16/1-6971 saylı inzibati xəta haqqında qərar tərtib edilmişdir. T.Həmzəyev yenidən məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və inzibati xətaya görə əməlində inzibati xəta tərkibi olmadığından, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Qeyd edilən Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qeyd edilən Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, X5 idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq alkotester müayinəsilə alkoqol istifadəsi nəticəsinə gəlinmiş və müvafiq prokol tərtib olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmədən protokol əsasında cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi, T.Həmzəyev texniki vasitədən istifadə edilməsindən sonra tibbi müayinəyə aparılmamış, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmamışdır. Quba rayon MX-nın müayinə aktında T.Həmzəyevin ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta ilə bağlı icraat üzrə barəsində şikayət verilmiş qərar ləğv edilməli və X3 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə inzibati məsliyyətə cəlb olunması ilə bağlı şikayət vermədiyindən, hər iki inzibati xəta üzrə vahid qərar qəbul olunduğundan və hazırda qərar ləğv olunmaqla İXM-nin 333.1-ci hissədə inzibati icraata xitam verildiyindən, material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə inzibati məsliyyətə cəlb olunması üçün material həmin hissədə Quba RPŞ-ə gndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında Quba RPŞ-nin DYPB-nin 2024-cü il tarixli, N 3-13-16/1-6971 saylı qərarı ləğv edilsin. X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələsilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə inzibati məsliyyətə cəlb olunması üçün material həmin hissədə Quba RPŞ-ə gndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar