Məhkəmə qərarları › İş №3(027)-309/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-309/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-309/2022 31.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Qaraçay kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə inzibati xəta haqqında 31.03.2022-ci il tarixli MN1058809 №li və MN ******* №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1622 saylı 08.05.2019-cu il tarixli icra sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda Şəxs Quba Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli, 3(027)-503 saylı icra sənədini icra etməməklə və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Sumqayıt Apelyasiya məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(105)-1622/2019 saylı icra sənədinə əsasən tələbkar X2 xeyrinə borclu Şəxs alındığı dövrdən məzənnə ilə 500 ABŞ dolları, 139 baş qoyun, həmin qoyunların qışlaq və yem xərci kimi verdiyi 650 manat pul, 39 baş qoyunun 11 ay ərzində saxlanılması üçün verdiyi cəmi 918 manat pul, 100 qoyundan illik artım olaraq ona düşəcək 40 baş, sonrakı il üçün 139 baş qoyundan 60 baş quzu cəmi 100 baş quzu və ya onların bazar dəyəri verilməli və 30 manat dövlət rüsumunun 10%i tələbkara 90%i borcluya aid edilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına 23.01 2020-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Eyni zamanda Quba Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli, 3(027)-503/2020 saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-c; maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan icra sənədi şöbənin icraatına 24.07.2020-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Borcu ilə bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmamas: barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu Şəxs tərəfindən icra sənədi üzrə olan cərimə bu günədək ödənilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Sumqayıt Apelyasiya məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(105)-1622/2019 saylı və Quba Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli, 3(027)-503 saylı icra sənədlərini icra etməkdən boyun qaçırmamış, iş yeri və maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Qeyd edir ki, Quba Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(105)-1622/2019 saylı saylı icra sənədini icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 500 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul olunarkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 tərəfindən borcunun ödənilməsini tələb etdiyini, əks təqdirdə onun qanuni cəzalandırılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(105)-1622/2019 saylı icra sənədinə əsasən tələbkar X2 xeyrinə borclu Şəxs alındığı dövrdən məzənnə ilə 500 ABŞ dolları, 139 baş qoyun, həmin qoyunların qışlaq və yem xərci kimi verdiyi 650 manat pul, 39 baş qoyunun 11 ay ərzində saxlanılması üçün verdiyi cəmi 918 manat pul, 100 qoyundan illik artım olaraq ona düşəcək 40 baş, sonrakı il üçün 139 baş qoyundan 60 baş quzu cəmi 100 baş quzu və ya onların bazar dəyəri verilməli və 30 manat dövlət rüsumunun 10%i tələbkara 90%i borcluya aid edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-503/2020 nömrəli, 01.07.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən Quba rayon Məhkəməsinin 3(027)-503/2020 nömrəli, 01.07.2020-ci il tarixli icra sənədini icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Apelyasiya məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(105)-1622/2019 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Şəxs Quba Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinə və Avropa Məhkəməsinin presedentlərinə görə Şəxs inkriminə olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əslində cinayət ittihamı sayılmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onun ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddənin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-ci maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərarı ilə Şəxs Sumqayıt Apelyasiya məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(105)-1622/2019 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 500 manat məbləğində cərimə edilmişdir. Hazırki 31.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla Quba rayon İcra Şöbəsinin icra məmuru tərəfindən yenidən Şəxs barəsində Sumqayıt Apelyasiya məhkəməsinin 08.05.2019-cu il tarixli, 2(105)-1622/2019 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi, hər iki işdə inzibati məsuliyyətə cəlb edilmənin əsasını məhkəmənin eyni icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı təşkil edir, hüquq pozuntusunu törədən şəxs və hüquqi maraq da eynidir. Şəxs inkriminə olunan inzibati xətalar eyni olmaqla, obyektinə və törədilmə yeri və şəratinə görə də eynilik təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının tələbinə görə şəxs eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Şəxs törətdiyi əmələ görə yalnız bir dəfə cəzalandırıla bilər. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən isə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, inzibati məsuliyyətə cəlb olunur. Qeyd edildiyi kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xətadır ki, uzanan xətaya görə də Azərbaycan Respublikası İXM-də bir dəfə inzibati məsuliyyətə cəlb edidikdən sonra, yenidən inzibati məsuliyyəti cəlb edilməsi nəzərdə tutulmamışdır. İXM-nin 9.2-ci maddəsində davam edən xətalara görə təkrar inzibati məsuliyyətdən söhbət gedir ki, qeyd edildiyi kimi, icra sənədinin icra edilməməsi davam edən yox, uzanan inzibati xətadır. Bir dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra, şəxsin qanunda nəzərdə tutulmayan halda, yenidən inzibati məsuliyyətə cəlb edilməsi isə Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə, Avropa Kovensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə, həmçinin Azərbaycan Respublikasının bu xüsusda olan qanunlarına ziddir. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İşdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Əli oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və məhkum edilə bilməməsi əsası ilə hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs 500 manat məbləğində cəriməni ödəmədiyindən və qərarın çıxarılmasından 25 gün müddətinə vaxt keçdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində yəni 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1.maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati qaydada 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və məhkum edilə bilməməsi əsası ilə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar